Cəmaləddin Rüstəmov: “Bir il öncə əldə olunmuş tarixi Qələbə ilə Azərbaycan Prezidenti yeni regional reallıqları bütün dünyaya qəbul etdirdi”
Tarix: 25-10-2021 | Saat: 15:11
Bölmə:Ölkə | çapa göndər
“Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Qələbə ədalətin təntənəsidir və bu şanlı zəfər birbaşa Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son on səkkiz il ərzində həyata keçirdiyi düşünülmüş, praqmatik xarici və daxili siyasətin möhtəşəm nəticəsi olaraq əldə edilmişdir.Biz otuz il bu Zəfərin həsrətilə yaşadıq. Birinci Qarabağ müharibəsi ölkəmiz üçün böyük faciə olmaqla yanaşı, böyük humanitar fəlakətə gətirib çıxardı. Bir milyon soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamalı oldu. Ölkənin iqtisadiyyatı demək olar ki, tamamilə dağıdılmış, sənaye potensialı məhv edilmiş vəziyyətə düşdü. Lakin bütün bunlara rəğmən son nəticədə keçmiş Dağlıq Qarabağ münaqişəsində daha çox uduzan məhz erməni tərəfi oldu. Bir il öncə, sentyabr ayının 27-də hərbi əməliyyatlara başlamaq haqqında qərar qəbul etməklə Azərbaycan Prezidenti cənab İlham Əliyev öz qətiyyətini ortaya qoydu və 44 gün ərzində əldə olunmuş tarixi Qələbə ilə siyasi iradəsini və yeni regional reallıqları bütün dünyaya qəbul etdirdi”
Bu sözləri saytımıza verdiyi açıqlamasında Sumqayıt Şəhər 4 saylı Notariat Ofisinin Notariysu Cəmaləddin Rüstəmov deyib.
Müsahibimiz bildirib ki, Müzəffər Azərbaycan Ordusu Vətən müharibəsinin gedişində erməni işğalçı ordusunu darmadağın etməklə Ermənistanı artıq bundan sonra məğlub ölkə kimi yaşamağa məhkum etdi: “30 ildən artıq müddət ərzində dünya ictimaiyyəti Azərbaycan ərazilərinin işğalı, xalqımıza qarşı törədilən dəhşətli hərbi cinayətlər və qətliam hadisələri ilə bağlı baş verənlərə göz yumdu. Erməni qəsbkarlarının bütün dünyada olan havadarları Azərbaycanı işğal aktı ilə barışmağa, müvəqqəti itirilmiş ərazilərdən birdəfəlik imtina etdirməyə çalışdılar. Lakin Prezident İlham Əliyev tərəfindən bütün bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində gərgin və məqsədyönlü iş aparıldı. Nəticədə, ötən ilin sentyabr ayının 27-dən başlayaraq 44 gün davam edən Vətən müharibəsinin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu əldə etdiyi tarixi qələbəsi ilə şanlı tariximizin ən şərəfli səhifəsini yazdı. Otuz il müddətində işğal altında olan torpaqlarımız azad edildi. Müzəffər Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənitan təslim oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Əslində Ermənistan üçün bir kapitulyasiya aktı mahiyyəti daşıyan bu bəyanat böyük tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və əlbəttə ki, Azərbaycan xalqının sarsılmaz birliyi Ermənistanı bu sənədi imzalamağa məcbur etdi. Möhtərəm dövlət başçımızın da dediyi kimi, Paşinyan bu sənədi öz xoşu ilə imzalamadı. Dəmir yumruğun hesabına imzaladı. Bu möhtəşəm tarixi zəfər Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdı və bundan sonra artıq bütün dünya Azərbaycanın müəllifi olduğu bu reallıqlarla hesablaşmaq məcburiyyətindədir. Müharibə nəticəsində işğalçı Ermənistan ordusu məhv edildi. Ermənistan özü isə bundan sonra məğlub edilmiş ölkə kimi yaşayacaq.”
Daha sonra Cəmaləddin Rüstəmov Vətən müharibəsində əldə olunmuş tarixi qələbəmizi şərtləndirən əsas amilləri bir daha diqqət mərkəzinə çəkərək deyib ki, bu baxımdan 2003-2020-ci illər ərzində Prezident İlham Əliyevin həyata keçirdiyi geniş miqyaslı hazırlıq işləri həlledici rol oynayıb: “Bu gün 2003-cü ildən Vətən müharibəsinin başlandığı günə qədər keçən dövrə mövcud reallıqlar prizmasından baxdıqda, 17 il davam edən bu zaman kəsiyinin ölkəmiz üçün öz ərazi bütövlüyünü bərpa etməyə bir hazırlıq dövrü olduğunu aydın görmək olar. İşğalın davam etdiyi illər ərzində nə qədər sülh danışıqları aparılsa da, beynəlxalq təşkilatların vasitəçilik fəaliyyətlərində zaman-zaman müəyyən format dəyişiklikləri müşahidə olunsa da torpaqlarımızın işğaldan azad edilməsinin yeganə yolunun hərbi yol olduğu getdikcə özünü daha qabarıq şəkildə büruzə verməkdə idi. Bunu isə hamıdan daha əvvəl və hamıdan daha yaxşı bilən məhz Ölkə Prezidenti cənab İlham Əliyev idi. Əslində möhtərəm Prezidentimiz bizim müharibəyə hazırlaşmalı olduğumuzu heç zaman gizlətməyib. Azərbaycan Prezidenti hər zaman deyirdi ki, sülh yolu ilə məsələ həll olunmasa, biz müharibə yolu ilə bunu həll edəcəyik. Əlbəttə ki, bu kimi bəyanatlar verdiyinə görə cənab Prezidentə qarşı güclü təzyiqlər olurdu. Xüsusən də ermənipərəst qüvvələrin çoxluq təşkil etdiyi bir sıra böyük dövlətlərin nümayəndələri dövlətimizin başçısını müharibəni təbliğ etməkdə ittiham edirdilər. Demək olar ki, bu münaqişəyə münasibət bildirən, onu müzakirə edən bütün beynəlxalq qurum və təşkilatlar dünyanı, ilk növbədə isə əlbəttə ki, bizi inandırmağa çalışırdılar ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Yalnız Azərbaycan Prezidenti cənab İlham Əliyev hər zaman bunun əksini deyirdi. Prezident İlham Əliyev öz siyasi iradəsini ortaya qoymaqdan heç zaman çəkinmədi və ona ünvanlanan ittihamlara cavab olaraq birmənalı şəkildə bəyan etdi: “Bəli, hazırlaşıram, xalq hazırlaşır, dövlət hazırlaşır. Əgər məsələ həll olunmasa, müharibə yolu ilə bunu həll edəcəyik!” Beləliklə, 2003-2020-ci illər ciddi hazırlıqlar dövrü idi. Güclü iqtisadiyyat imkan verdi ki, Azərbaycan lazım olan hərbi texnikanı və silahları aldı. Hərbi əməliyyatların gedişində müasir silahların, yüksək texnologiyaların geniş tətbiqi ilə dəqiq zərbələrin həyata keçirilməsi, əks-hücum əməliyyatlarında canlı qüvvə itkilərinin minimuma endirilməsi Azərbaycan Ordusunun yüksək hazırlığından və təchizatından xəbər verir. Məhz bu ciddi hazırlıqlar nəticəsində Azərbaycan bu gün qalib ölkə kimi öz tarixinin ən şərəfli dövrünü yaşayır.”
Sonda Cəmaləddin Rüstəmov belə bir məqamı da vurğulayıb ki, Vətən müharibəsinin mühüm nəticələrindən biri kimi Cənubi Qafqazda yaranmış yeni regional inkişaf və əməkdaşlıq perspektivləri artıq bir ildir ki, dünyada müzakirə olunan əsas mövzulardan biridir: “Azərbaycan Prezidenti cənab İlham Əliyev də öz çıxışlarında dəfələrlə qeyd edib ki, bu gün Cənubi Qafqazda tamamilə yeni reallıqlar yaranıb. Əlbəttə ki, bu reallıqların müəllifi Vətən müharibəsində tarixi Qələbə qazanan Azərbaycandır. Məhz bu səbəbdən də regional inkişaf və əməkdaşlıq perspektivləri mövzusunda aparılan müzakirələrdə ölkəmiz əsas kilid nöqtəsi kimi çıxış edir. Möhtərəm dövlət başçımızın vurğuladığı kimi, yeni vəziyyət yeni yanaşmaları tələb edir. Dünya ictimaiyyəti, regionda maraqlı olan dövlətlər və beynəlxalq təşkilatlar da artıq belə bir həqiqəti qəbul edirlər ki, Cənubi Qafqazda sülh və əmin-amanlığın təmini, transmilli enerji və logistik layihələrin reallaşması yalnız Azərbaycanın iştirakı ilə mümkündür və eyni zamanda da Azərbaycan bu layihələrin təhlükəsizliyini və uğurla həyata keçirilməsini təmin edə biləcək əsas regional oyunçudur.”
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər