Mobil versiya
YAP Sabirabad rayon təşkilatının rəhbərliyi və fəalları şəhidin ailəsini ziyarət ediblər - FOTOLAR
Tarix: 25-10-2021 | Saat: 16:31
Bölmə:Ölkə | çapa göndər

YAP Sabirabad rayon təşkilatının rəhbərliyi və fəalları şəhidin ailəsini ziyarət ediblər

YAP Sabirabad rayon təşkilatının rəhbərliyi və fəalları Vətən müharibəsi zamanı qəhramanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış rayonun Qəzli kəndindən olan şəhid müəllim Rzayev Elxan Aris oğlunun ailəsini ziyarət etmişdir.

Görüş zamanı YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva özünün layihə rəhbəri olduğu “Fatehlər” Sabirabad şəhidləri kitabını şəhidmizin anası Gülər Rzayevaya təqdim etmişdir. Şəhidmizin əziz xatirəsi yad edilmiş, barəsində xoş təəsüratlar danışılmış, torpaqlarımızın qorunması yolunda canlarından keçmiş şəhidlərimizin hünərinin hər birimizə örnək olması və hər bir Azərbaycan vətəndaşının öz qəhrəmanlarını tanımalı olduğu bildirilmişdir. Həmçinin şəhidin ev muzeyi ilə tanışlıq olub. Ev muzeyində şəhidin həyat yolunu əks etdirən fotolardan ibarət stend yer alır və şəxsi əşyaları, təltifləri nümayiş olunur.
Torpaqlarımızın işğaldan azad edilməsində canından keçən şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Daha sonra şəhidin məzarı ziyarət olunaraq önünə tər gül-çiçək dəstələri düzüb ruhuna dualar oxunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-03-2025