Mobil versiya
Samuxda şəhid Bayram Məmmədovun ildönümü qeyd olunub - FOTOLAR
Tarix: 25-10-2021 | Saat: 16:19
Bölmə:Ölkə | çapa göndər

Samuxda şəhid Bayram Məmmədovun ildönümü qeyd olunub

Bu gün Samux rayonu Qarayeri qəsəbəsində 44 günlük vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik mərtəbəsinə yüksəlmiş Məmmədov Bayram Elnur oğlunun ildönümü qeyd olundu.

İldönümü mərasimində Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar və kənd ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Şəhidimizin məzarı ziyarət olundu, məzarı üstünə gül-çiçək dəstələri düzülərək ruhuna dualar oxundu.

Mərasimdə şəhidimizin keçdiyi şərəfli döyüş yolundan danışıldı. Şəhidimizin yaxınları Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.

Füzuli-Xocavənd istiqamətində gedən ağır döyüşlərdə şəhid olan Bayram Məmmədov Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-03-2025