Novruzəli Aslanov: “Zəngilanın müasir və möhtəşəm nəqliyyat-logistika mərkəzinə çevrilməsi prosesi getdikcə sürətlənir”
Tarix: 22-10-2021 | Saat: 15:52
Bölmə:Manşet / Siyasət / Seçilənlər-7 | çapa göndər
“Bu gün artıq Cənubi Qafqazda əsas söz sahibinə çevrilmiş Azərbaycan bir il bundan əvvəl işğaldan azad etdiyi ərazilərində bütün dünyanın gözü qarşısında möhtəşəm bərpa-quruculuq işləri aparmaqla, həmin bölgələri sürətlə inkişaf etdirməklə özünün beynəlxalq nüfuzunu artırmaqda, mövqelərini daha da möhkəmləndirməkdədir. Məlumdur ki, ölkəmizlə bağlı dünya dövlətlərinin diqqətini cəlb edən əsas məqamlardan biri Azərbaycanda müşahidə olunan iqtisadi inkişafın həmçinin pandemiya və hətta 44 günlük Vətən müharibəsi dövründə belə yüksək dinamikaya malik olması ilə əlaqədardır. Əlbəttə ki, bu göstərici Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş daxili siyasətin nəticəsi olaraq əldə olunub. Məhz bu siyasətin, ölkədə həyata keçirilən əsaslı islahatların sayəsində Azərbaycanın iqtisadi inkişaf modeli özünün unikallığını və müstəsna səmərəliliyini sübuta yetirdi.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.
Millət vəkili xüsusi olaraq vurğulayıb ki, Azərbaycan Prezidentinin ölkənin rayon və bölgələrinə etdiyi müntəzəm səfərlər regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasının effektivliyinin təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Novruzəli Aslanovun sözlərinə görə xüsusilə işğaldan azad edilmiş rayonlara dövlət başçısının səfərləri zamanı bir tərəfdən qarşıya qoyulmuş vəzifə və tapşırıqların icrası yerində yoxlanılır, digər tərəfdən də bu səfərlər zamanı baş tutan açılışlar və təməlqoyma mərasimləri görülmüş işlərin həcminin real göstəricisi kimi çıxış edir: “Ölkə Prezidentinin işğaldan azad olunmuş ərazilərə etdiyi səfərlər ilk növbə mühüm iqtisadi əhəmiyyət kəsb edir. O cümlədən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın oktyabrın 20-də Zəngilana etdikləri səfər zamanı bu rayonun ölkənin müasir və mühüm nəqliyyat-logistika mərkəzinə çevrilməsi istiqamətində aparılan möhtəşəm işlərin real həcmi ölkə ictimaiyyətinə daha aydın şəkildə təqdim olundu. İlk növbədə demək lazımdır ki, bu istiqamətdə icra olunan ən əhəmiyyətli layihələridən biri Zəngilan Beynəlxalq Hava Limanının tikintisidir. Səfər çərçivəsində tikinti işlərinin gedişi ilə tanış olan dövlət başçısına verilən məlumatda da bildirilir ki, uçuş-enmə zolağının uzunluğu 3 min metr olan hava limanında tikinti işlərinə bu ilin may ayında başlanılıb. Diqqətəlayiq haldır ki, Zəngilan Hava Limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanına malik olacaq. Rayonun coğrafi yerləşməsi və burada olan imkanlar Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün əlverişli şərait yaradır. Bundan əlavə, bu hava limanı Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafında böyük rol oynayacaq. Ölkə Prezidentinin Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşündə qeyd etdiyi kimi, sovet vaxtında Zəngilanda hava limanı yox idi. Amma indi nəinki hava limanı, beynəlxalq hava limanı olacaq və Zəngilan ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevriləcək. Çünki Zəngəzur dəhlizi buradan keçir, dəmir yolu, Horadiz-Ağbənd avtomobil yolu tikilir.”
Daha sonra Novruzəli Aslanov belə bir məqamı da qeyd edib ki, Zəngilanda həyata keçirilən bərpa-yenidənqurma işlərinin daha bir özəlliyi işğaldan azad edilmiş ərazilərdə ilk “ağıllı kənd” layihəsinin də məhz bu rayonda icra olunmasıdır: “Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərdə birinci “ağıllı kənd” layihəsi də məhz Zəngilan rayonunda həyata keçirilməkdədir. Belə ki, bu ilin aprel ayında Prezident İlham Əliyevin iştirakı ilə rayonun Ağalı kəndinin təməli qoyulub. Hazırda layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır. İnnovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir. Kənddə yaradılacaq “ağıllı məktəb”də distant təhsilin aparılması üçün bütün imkanlar olacaq. Yeraltı kommunikasiya işlərindən içməli su, çirkab və sel suları xətlərinin qazma işlərinə başlanılıb. Park meydanında nəzərdə tutulmuş fəvvarənin ərazisində abadlıq işləri yekunlaşıb. Fəvvarədə quraşdırılacaq memarlıq abidəsi hazırlıq mərhələsindədir. Burada müasir şəhərsalma standartları tətbiq olunacaq. Piyada və velosiped yolları çəkiləcək. Bir sözlə, öz doğma yurdlarına qayıdacaq sakinlər üçün hərtərəfli şərait olacaq. Dövlət başçımızın da qeyd etdiyi kimi, artıq bu ilin sonlarında və ya gələn ilin əvvəlində Zəngilanlıların öz doğma yurdlarına köçürülməsinə başlanacağı gözlənilir. Belə bir məqamı mütləq şəkildə vurğulamaq lazımdır ki, Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi belə yüksək səviyyədə qayğını dünyanın başqa heç bir ölkəsində müşahidə etmək mümkün deyil. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin ən qısa zamanda tamamilə yenidən qurularaq dirçəldilməsinə və erməni işğalı səbəbilə bu torpaqlardan didərgin düşmüş insanların öz dədə-baba yurdlarına geri dönmələrinə çox böyük önəm verir və bu istiqamətdə gedən bütün işlərə birbaşa Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ciddi nəzarət olunur.”
Həmçinin millət vəkili Zəngilanın işğalı dövründə bu rayonda ermənilərin törətdikləri vəhşiliklərdən və talançılıqdan danışaraq bunları deyib: “Otuz il davam edən işğal dövründə erməni qəsbkarları Azərbaycan xalqına qarşı dünya tarixində misli görünməmiş vəhşiliklər törədiblər. Artıq bütün dünya və ilk növbədə ermənilərin havadarları bu həqiqətləri görmək və qəbul etmək məcburiyyətindədirlər. O cümlədən Zəngilan rayonu da işğal dövründə misli görünməmiş dağıntılara və talaçılığa məruz qoyulub. Ermənilər bütün binaları dağıdıb, meşələri amansızcasına doğrayıb və hətta kəsdikləri ağacların kötüklərini belə yandırıblar. Mənfur düşmənin törətdiyi ekoloji genosid nəticəsində Oxçuçay təbii fəlakət zonası elan edilib. Öz çıxışında dövlət başçımız bu məsələyə də xüsusi toxunaraq bildirdi ki, Oxçuçaydan götürülən analizlər göstərir ki, orada zəhərli maddələrin həcmi normadan bəlkə də 10 dəfə, 20 dəfə artıqdır. Həmçinin Vejnəli qızıl yatağını ermənilər xarici şirkətlərlə birlikdə qanunsuz olaraq istismar edirdilər. Lakin bu gün Azərbaycan dövləti artıq həmin xarici şirkətlərin məhkəməyə verilməsi prosesinə start verib. Bu barədə danışan Prezident İlham Əliyev qeyd etdi ki, onların bu işdən boyun qaçırmaq cəhdləri demək olar ki, imkansızdır. Çünki hər şey göz qabağındadır. Başqa ölkənin ərazisində qanunsuz işlər görüblər, buradan qızılı qanunsuz olaraq daşıyıb və dünya bazarlarında satıblar. Əlbəttə ki, bu talançılıqda əli olan hər kəs etdiyi əməllərin cavabını verəcək. Azərbaycan isə öz Zəfər yoluna davam edəcək və əldə olunan bütün nailiyyətlər xalqımızın rifahına xidmət edəcək.”
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-01-2025