Mobil versiya
Buster doza ilə peyvəndləmə xüsusilə risk qrupuna aid olan vətəndaşlar üçün vacibdir
Tarix: 21-10-2021 | Saat: 16:25
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Buster doza ilə peyvəndləmə xüsusilə risk qrupuna aid olan vətəndaşlar üçün vacibdir

Sanitar-gigiyenik qaydalara riayət etmək və vaksinasiya olunmaq yeni növ koronavirus (COVID-19) infeksiyasından yeganə müdafiə vasitəsidir. Vətəndaşlar vaksinasiyada aktiv iştirak edərək özlərini və yaxınlarının həyatını xilas edə bilərlər. Son günlər yoluxma sayında müşahidə edilən artımın əsas səbəbi isə mövsümlə və məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədardır.

Bu sözləri Mərkəzi Gömrük Hospitalının Poliklinika rəisi, həkim-mütəxəssis Tamilla Əliyeva deyib.

O bildirib ki, son günlər yeni növ koronavirus (COVID-19) infeksiyasının artmasına payız-qış mövsümünün başlanması səbəb olub: "Həmçinin respirator və infeksion xəstəliklərin yayılması da artıma ciddi təsir göstərir. Məktəblərin və iri ticarət mərkəzlərinin açılmasını, kütləvi tədbirlərin keçirilməsini nəzərə alsaq, koronavirusun yoluxma sayının artma səbəbini bununla da izah edə bilərik. Artıq bir neçə gündür ki, orta məktəblərdə və iki ali təhsil müəssisəsində uşaqlar və tələbələr arasında COVID-19 xəstəliyinə yoluxanlar çoxalıb. Hətta bununla əlaqədar olaraq Bakı və Sumqayıt şəhərlərində bəzi təhsil müəssisələri onlayn tədrisə keçib".

Qeyd edək ki, bir sıra ölkələrdə, o cümlədən qonşu Rusiyada COVID-19 infeksiyasının yeni AY.4.2 mutasiyası qeydə alınıb. Həmin ştamın "delta" ştamı ilə müqayisədə daha yoluxdurucu olduğu, bir xəstənin təxminən 9 nəfəri yoluxdura biləcəyi barədə məlumatlar var. Yeni mutasiyanın simptomlarının daha qısa vaxtda özünü büruzə verməsi COVID-19-la mübarizədə vaksinasiyasının əhəmiyyətini bir daha vurğulayır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin mütəxəssisləri də vətəndaşları vaksinasiyada aktiv iştirak etməyə, risk qrupuna daxil olanları isə buster doza ilə peyvəndlənməyə çağırır.

Koronavirus infeksiyasından qorunma üsullarından danışan mütəxəssis qeyd edib ki, vaksinasiya əsas çıxış yoludur: "Hələ 2020-ci ilin əvvəllərində həyatımıza daxil olan və həyat tərzimizi dəyişən COVID-19-a qarşı mübarizə tədbirləri, demək olar ki, eynidir. Yəni, sanitar-gigiyenik qaydalara riayət etmək və vaksinasiya koronavirusdan yeganə müdafiə vasitəsidir. Sanitar-gigiyenik qaydalara tibbi maska taxmaq, ara məsafəni qorumaq, əllərin gigiyenası (tez-tez yuyulması və ya spirtlənməsi), zərurət olmadıqda evdən çıxmamaq, insanların sıx toplaşdığı yerlərdən uzaq olmaqdır.

Koronavirusla ən mühüm mübarizə üsulunun vaksinasiyası olduğunu xatırladan Tamilla Əliyeva bildirib ki, vaksinasiyanın birinci və ikinci mərhələsində iştirak edən vətəndaşların buster doza ilə peyvəndlənməsi də vacibdir: “Nəzərə almaq lazımdır ki, iki doza peyvənd vurdurmuş şəxslərdə virusa qarşı yaranmış immunitet 6 aydan sonra zəifləməyə başlayır. Ona görə də, buster doza ilə peyvəndləmə xüsusilə risk qrupuna aid olan vətəndaşlar üçün vacib hesab edilir".

AiA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024