Mobil versiya
Azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanıldı
Tarix: 21-10-2021 | Saat: 11:00
Bölmə:Ölkə | çapa göndər

Azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanıldı

Astarada azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan aia.az-a-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yetkinlik yaşına çatmayan şəxsin üzərindəki pulu soyğunçuluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Astara rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunmuş Fəqan Məmmədov olduğu müəyyən edilib. Saxlanıldıqdan sonra keçirilən şəxsi axtarış zamanı ondan 5 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-03-2025