Mobil versiya
Azərbaycanda meyxanaçı HƏBS EDİLDİ
Tarix: 18-10-2021 | Saat: 16:25
Bölmə:Karusel / Ölkə | çapa göndər

Azərbaycanda meyxanaçı

Daxili İşlər Nazirliyi (DİN) meyxanaçı Cavid Babaşovun (Cavid Sumqayıtlı) saxlanılmasına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən aia.az-a bildirilib ki, Sumqayıt şəhər sakini Cavid Babaşov narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindiyi üçün 15 may 2021-il tarixində Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edilib ki, meyxanaçının üzərinə baxış keçirilən zaman 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib: "Cavid Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda həmin şəxs barəsində istintaq araşdırmaları sona çatıb və iş baxılması üçün məhkəməyə göndərilib".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-03-2025