Mobil versiya
Samuxda Mürsəlzadə Elməddin Cəsur oğlunun Vətən müharibəsində şəhid olmasının ildönümü qeyd olundu
Tarix: 18-10-2021 | Saat: 11:52
Bölmə:Ölkə | çapa göndər

Samuxda Mürsəlzadə Elməddin Cəsur  oğlunun Vətən müharibəsində şəhid olmasının ildönümü qeyd olundu

17 oktyabr 2021-ci il tarixdə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Samux rayon, Əhmədbəyli kənd sakini Mürsəlzadə Elməddin Cəsur oğlunun ildönümü məzarı önündə qeyd olundu.

Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar şəhidin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.
Həmçinin tədbirdə şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışıldı. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Xatırladaq ki, oktyabrın 17-da Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Mürsəlzadə Elməddin ölümündən sonra "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-03-2025