AZ RU Mobil versiya
Samuxda şəhid Elçin Dostuyevin ildönümü qeyd olundu
Tarix: 13-10-2021 | Saat: 15:35
Bölmə:Cəmiyyət | çapa göndər

Samuxda şəhid Elçin Dostuyevin ildönümü qeyd olundu

13 oktyabr 2020-ci il tarixdə torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Kövər kənd sakini, İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Elçin Murad oğlu Dostuyevin ildönümü məzarı önündə qeyd olundu.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar və kənd sakinləri iştirak edirdilər. Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Rayon İcra Hakimiyyətinin başçısı A.Qocayev çıxış edərək qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində 30 ilə yaxın həsrət qaldığımız torpaqlarımızı işğaldan azad etdi. Hər bir Azərbaycan vətəndaşı Cənab Prezident İlham Əliyevin Qarabağ Azərbaycandır! ifadəsi altında səfərbər olmağı bacardı və 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımızı azad etməklə yurd, Vətən sevgisinin hər şeydən üstün olduğunu bir daha sübut etdi.

Həmçinin tədbirdə şəhid Elçin Dostuyevin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışıldı. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.

AİA.Az

[xfvalue_fotolar image="3"] [xfvalue_fotolar image="4"] [xfvalue_fotolar image="5"] [xfvalue_fotolar image="6"] [xfvalue_fotolar image="7"] [xfvalue_fotolar image="8"] [xfvalue_fotolar image="9"] [xfvalue_fotolar image="10"] [xfvalue_fotolar image="11"] [xfvalue_fotolar image="12"] [xfvalue_fotolar image="13"] [xfvalue_fotolar image="14"] [xfvalue_fotolar image="15"] [xfvalue_fotolar image="16"] [xfvalue_fotolar image="17"] [xfvalue_fotolar image="18"] [xfvalue_fotolar image="19"] [xfvalue_fotolar image="20"] [xfvalue_fotolar image="21"] [xfvalue_fotolar image="22"] [xfvalue_fotolar image="23"] [xfvalue_fotolar image="24"] [xfvalue_fotolar image="25"] [xfvalue_fotolar image="26"] [xfvalue_fotolar image="27"] [xfvalue_fotolar image="28"] [xfvalue_fotolar image="29"] [xfvalue_fotolar image="30"]



Məlumatlanmaq üçün Facebook səhifəmizi

7202 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-10-2021