Mobil versiya
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Mirsəfa Mirəşrəfbəylinin, Elşən Niftullayevin, Mahir Paşayevin və Tacir Eminovun xatirəsi ehtiramla anıldı
Tarix: 12-10-2021 | Saat: 10:27
Bölmə:Ölkə | çapa göndər

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Mirsəfa Mirəşrəfbəylinin, Elşən Niftullayevin, Mahir Paşayevin və Tacir Eminovun xatirəsi ehtiramla anıldı

11 oktyabr 2021-ci il tarixdə böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan şəhid Mirəşrəfbəyli Mirsəfa Mirbaba oğlunun, şəhid Niftullayev Elşən Əfqan oğlunun, şəhid Paşayev Mahir Bəxtiyar oğlunun və şəhid Eminov Tacir İntiqam oğlunun xatirəsi ehtiramla anılıb. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, qazilər və rayon ictimaiyyəti şəhidlərimizin il mərasimlərində iştirak etmişlər. Mərasimlərdə şəhidlərin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, onların Vətən müharibəsindəki rəşadətindən bəhs edilib, xatirələrinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb, ruhlarına dualar oxunmuşdur.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-03-2025