Şəmkirdə Gəncə teroru nəticəsində şəhid olmuş Anar Əlyevin və Nurçin Əliyevanın xatirəsi anılıb - FOTOLAR
Tarix: 11-10-2021 | Saat: 13:09
Bölmə:Ölkə | çapa göndər

Şəmkir rayon İcra Hakimiyyəti və YAP Şəmkir rayon təşkilatının nümayəndələri Gəncə teroru nəticəsində şəhid olmuş Anar Adil oğlu Əlyevin və onun həyat yoldaşı Nurçin Emin qızı Əliyevanın ildönümü ilə əlaqədar məzarları ziyarət olunub, sonra ailə üzvləri ilə görüşüblər.
Görüşdə Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, YAP Şəmkir rayon təşkilatının fəalları iştirak etmişlər.
İlk öncə Gəncə teroru nəticəsində şəhid olmuş Anar Əlyevin və onun həyat yoldaşı Nurçin Əliyevanın məzarları ziyarət olunub, üzərinə tər güllər düzlüb, əziz xatirəlrini böyük ehtiramla yad ediblər.
Daha sonra tədbir iştirakçıları şəhidlərin ailə üzvlərini ziyarət edib, onlara maddi və mənəvi dəstək olublar.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək bildirmişdir ki, savaşın başladığı ilk günlərdən Azərbaycan xalqı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinin qələbə ilə başa çatacağına tam əmin idi: Bu əminlik 44 gün davam edən savaşda özünü tamamilə doğrultdu. Azərbaycanın “Dəmir yumruq” əməliyyatı dünyaya səs saldı. Tarixi Zəfərimizi, torpaqlarımızın işğaldan azad olunmasını 30 il gözlədik. Ermənistan əzəli ata-baba torpaqlarımızı əbədi işğal altında saxlamaq istəyirdi. Amma bunun boş xəyallar olduğunun da fərqində idi.
F.Vəliyev qeyd etdi ki, 2020-ci ildə sentyabrın 27-dən başlayaraq hərbi əməliyyatların getdiyi yerdən təxminən 100 kilometr aralıda yerləşən Gəncə şəhəri bir neçə dəfə atəşə məruz qalmışdır. Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribat nəticəsində Gəncə şəhərində 25 dinc sakin həlak olmuşdur, 100-dən çox dinc sakin isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. 7 yaşayış binası tamamilə dağılıb, 100-lərlə obyektə ciddi ziyan dəymişdir. 11 oktyabr 2020-ci il tarixində saat 02:00 radələrində Ermənistan Silahlı Qüvvələri daha bir terroru nəticəsində Şəmkir rayonunun Çinarlı qəsəbəsindən olan Anar Adil oğlu Əlyev və onun həyat yoldaşı Nurçin Emin qızı Əliyevada həyatlarını itirmişlər.
Şəhidlərin valideynləri göstərdikləri diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-03-2025