Mobil versiya
Polis Bakıda koronavirusa qarşı reydlərə başladı
Tarix: 07-10-2021 | Saat: 12:59
Bölmə:Ölkə | çapa göndər

Polis Bakıda koronavirusa qarşı reydlərə başladı

Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində paytaxtın Pirallahı rayonu ərazisində qapalı məkanlarda, o cümlədən, ictimai nəqliyyatda polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, rayon Polis Şöbəsi və Dövlət Yol Polis bölməsi əməkdaşları tərəfindən ictimai nəqliyyatda, xüsusilə avtobuslarda və mağazalarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılır, koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunur.

Koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati tənbeh tədbiri tətbiq olunur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-03-2025