Mobil versiya
Elnur Muxtarov: "Günümüzün reallığı ekoloji maarifləndirmənin genişləndirilməsini tələb edir"
Tarix: 06-10-2021 | Saat: 17:25
Bölmə:Media | çapa göndər

Elnur Muxtarov: "Günümüzün reallığı ekoloji maarifləndirmənin genişləndirilməsini tələb edir"

Bu gün insanlarda ekoloji mədəniyyətin, təfəkkürün, şüurun, tərbiyənin və təhsilin formalaşması artıq günün, dövrün tələbinə çevrilmişdir. Ekoloji mədəniyyət bütün insanlarda bəşəri mədəniyyəti təcəssüm etdirən mədəniyyətin sivil inkişaf forması və təhsil mühitidir.Ekoloji biliyə dərindən yiyələnmədən təbiətdən, onun ehtiyatlarından səmərəli istifadə etmək, ətraf muhitin və əlverişli ekoloji sağlamlasdırılmasına yönəlmiş tədbirlərin həyata kəçirilməsi mümkün deyildir.

Müvafiq dovlət təşkilatlarının və qeyri-hokumət təskilatlarının bu istiqamətdə kifayət qədər gördükləri işlər danılmazdır.Ekoloji tərbiyə ilk növbədə ailədən başlamalıdır.”Ekologiya” sözünun mənası (yun.oikos-ev və logos-ev deməkdir).

Ekoloji mədəniyyət insanda kiçik yaşlarından formalaşdırılmalıdır.İnsan uşaq yaşından dərk etməlidir ki, planetimizin təbii sərvətləri gələcək nəsillərə yararlı halda ötürülməlidir.

Az yaşlıların sevə-sevə izlədikləri cizgi filmlər ekoloji mədəniyyətin formalaşdırılmasına xidmət etməlidir.Məktəbəqədər müəssisələrdə ekoloji maarifləndirmə genis təbliğ olunmalı,bu işlərin həyata keçirilməsi üçün ekoloq və pedaqoqlardan ibarət işçi qrupu yaradılmalıdır. Ekoloji təhsil və maarifləndirmə zamanı əldə olunan biliklər, ekoloji mədəniyyətin yaranmasına səbəb olur. Ölkəmizdə fəaliyyət göstərən KİV də bu istiqamətdə təşəbbüskarlıq göstərməli və fəaliyyətini gücləndirməlidir. Bütün bəşəriyyət ekologiyanın qorunması üçün səfərbərliyə cəlb edilməli, təbiətə, torpağa, havaya, suya, heyvanlara, bitkilərə, qəddar münasibət göstərənlərə, beynəlxalq, ekoloji və bioloji terrorizmə qarşı müharibə elan olunmalıdır. Akademik Həsən Əliyevin ibarəsi ilə desək, "Təbiətin keşiyini çəkməyə söz silahının gücü ilə geniş kütləni qaldırmaq lazımdır".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə