AZ RU Mobil versiya
Region gəncləri böyük qələbəmizin səbəbkarlarını anıblar - FOTOLAR
Tarix: 27-09-2021 | Saat: 17:35
Bölmə:Cəmiyyət | çapa göndər

Region gəncləri böyük qələbəmizin səbəbkarlarını anıblar

Müharibə zamanı döyüş də var, şəhidlik də var. Şəhidlik Vətənə məhəbbətin zirvəsidir. Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçməkdir. Şəhidlik ömrünü gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir.

27 Sentyabr – Anım Günündə Azərbaycan gəncləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbə uğrunda qəhrəmancasına döyüşərək, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq silsilə anım tədbirləri həyata keçiriblər.

Tədbirlər Gənclərin İnkişaf və Karyera Mərkəzinin 43 şəhər və rayonda fəaliyyət göstərən nümayəndəliklərinin təşkilatçılığı ilə gənclərin rayon ərazisində yerləşən Şəhidlər Xiyabanını ziyarət etməsi ilə başlayıb. Gənclər Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin məzarları üzərinə gül qoyaraq onların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra rayonlarda infoturlar təşkil edilib. İnfotur çərçivəsində gənclər müxtəlif rayonlarda yerləşən və Vətən müharibəsi ilə bağlı olan müxtəlif obyektləri, müharibə zamanı zərər görmüş evləri ziyarət edib, fləşmoblar təşkil ediblər.

Həmçinin, bölgələrdə müharibə iştirakçıları və qazilərlə görüşlər keçirib, qəhrəman şəhidlərimizə həsr edilmiş rəsm sərgisi, ağacəkmə və qanvermə kimi ekoloji və sosial aksiyalar keçirib, şeir müsabiqələri, hərbi yarışlar təşkil edib, Vətən müharibəsinə həsr edilmiş səhnəciklər hazırlayıb və filmlər seyr ediblər.

Prezident İlham Əliyevin “Bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər” fikrinin gənclərdə böyük ruh yüksəkliyi yaratdığını qeyd edən gənclər, Azərbaycanın bundan sonra daha da inkişaf etməsi, qüdrətlənməsi və gələcək zəfərlərimiz naminə ölkə başçısının ətrafında daha sıx birləşəcəklərini vurğulayıblar.

Şəhidlərimiz gənc nəsil üçün təkcə qəhrəmanlıq nümunəsi deyil, həm də Vətənə sədaqət rəmzidirlər. Azərbaycan gəncliyi qələbəmizin səbəbkarlarını heç bir zaman unutmayacaq.

aia.az
[xfvalue_fotolar image="17"] [xfvalue_fotolar image="18"] [xfvalue_fotolar image="19"] [xfvalue_fotolar image="20"] [xfvalue_fotolar image="21"] [xfvalue_fotolar image="22"] [xfvalue_fotolar image="23"] [xfvalue_fotolar image="24"] [xfvalue_fotolar image="25"] [xfvalue_fotolar image="26"] [xfvalue_fotolar image="27"] [xfvalue_fotolar image="28"] [xfvalue_fotolar image="29"] [xfvalue_fotolar image="30"]



Məlumatlanmaq üçün Facebook səhifəmizi

588 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-10-2021