AZ RU Mobil versiya
Messinin gəlişindən sonra Mbappenin Neymarla münasibətləri korlanıb
Tarix: 26-09-2021 | Saat: 19:04
Bölmə:İdman | çapa göndər

Messinin gəlişindən sonra Mbappenin Neymarla münasibətləri korlanıb

PSJ-də Lionel Messinin gəlişindən sonra Kilian Mbappe və Neymarın münasibətləri korlanıb.

AİA.Az oxu.az-a istinadən xəbər verir ki, Fransalı hücümçu ölkə çempionatının 8-ci turunda "Monpelye" ilə matçda braziliyalının davranışlarını bəyənməyib. Mbappe 88-ci dəqiqədə əvəzləndikdən sonra ehtiyat oyunçular skamyasında komanda yoldaşı İdrissa Geyeyə Neymardan şikayətlənib. Mbappe "sambaçı"nın Yulian Drakslerə ötürmə verməsindən sonra "O, mənə belə pas atmır" deyə bildirib.

Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə razılaşması 2022-ci ilin yayında başa çatır. Onun azad agent kimi Madrid "Real"ına keçəcəyi gözlənilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi

490 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-10-2021