Azərbaycan-Laos: qarşılıqlı maraqlara söykənən əməkdaşlıq yeni perspektivlər formalaşdırır - Heydər Əsədov
Tarix: 14-10-2026 | Saat: 16:13
Bölmə:Manşet / Siyasət | çapa göndər

Müasir beynəlxalq münasibətlər sistemində ölkələr arasında etibarlı siyasi əlaqələrin qurulması və bu əlaqələrin konkret əməkdaşlıq istiqamətləri ilə zənginləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın xarici siyasəti də qarşılıqlı hörmətə, suverenliyə və bərabərhüquqlu tərəfdaşlığa əsaslanaraq müxtəlif regionlarla əlaqələrin genişləndirilməsini nəzərdə tutur. Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin oktyabrın 13-də Azərbaycana rəsmi səfəri bu siyasətin Asiya istiqamətində davam etdirilməsi və ikitərəfli münasibətlərin yeni imkanlarla zənginləşdirilməsi baxımından mühüm önəm kəsb edir.
Prezident İlham Əliyevin səfər çərçivəsində mətbuata verdiyi bəyanat rəsmi Bakı ilə Vyentyan arasında münasibətlərin yalnız ənənəvi dostluq əlaqələri ilə məhdudlaşmadığını təsdiqləyir. 30 ildən artıqdır davam edən diplomatik münasibətlər, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, parlamentlərarası təmaslar və siyasi partiyalar arasında əməkdaşlıq tərəflərin bir-birinə olan etimadını əks etdirir. Hər iki ölkədə parlamentlərarası dostluq qruplarının fəaliyyət göstərməsi də əlaqələrin müxtəlif səviyyələrdə inkişafına verilən önəmi nümayiş etdirir. Qəbul edilmiş Birgə Bəyanatın gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirməsi isə bu münasibətlərin daha praktik məzmun qazanmasına xidmət edir. Sənəddə nəzərdə tutulan istiqamətlərin ardıcıl şəkildə həyata keçirilməsi siyasi dialoqun davamlılığını təmin etməklə yanaşı, yeni birgə təşəbbüslərin irəli sürülməsi üçün də əlverişli şərait yaradacaqdır. Bu baxımdan, qarşılıqlı etimada əsaslanan siyasi münasibətlər Azərbaycan və Laos arasında uzunmüddətli tərəfdaşlığın genişləndirilməsi üçün etibarlı zəmin rolunu oynayır.
İki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi qarşıda duran əsas vəzifələrdən biridir. Biznes dairələri arasında birbaşa əlaqələrin qurulması, sahibkarların qarşılıqlı bazarlar barədə məlumatlandırılması və investisiya imkanlarının araşdırılması xüsusi əhəmiyyət daşıyır. Bakıda keçirilməsi nəzərdə tutulan Laos-Azərbaycan biznes-forumu iqtisadi tərəfdaşlığın konkret istiqamətlərini müəyyənləşdirmək üçün əlverişli platforma olacaqdır.
Azərbaycanın beynəlxalq investisiya fəaliyyətində qazandığı təcrübə də ikitərəfli əlaqələrin genişləndirilməsi üçün imkanlar yaradır. Müxtəlif sahələrdə qarşılıqlı maraq doğuran layihələrin müəyyənləşdirilməsi iqtisadi münasibətlərin daha dinamik inkişafına şərait yaradacaq. Burada əsas məsələ mövcud imkanların real iqtisadi təşəbbüslərə çevrilməsi, investorlara konkret layihələrin təqdim olunması və uzunmüddətli tərəfdaşlıq mexanizmlərinin formalaşdırılmasıdır. Dövlət başçısının qeyd etdiyi kimi, energetika, mədənçilik, kənd təsərrüfatı və digər sahələrdə də əməkdaşlıq imkanları müzakirə edildi: “Vahid mövqe ondan ibarətdir ki, konkret addımlar atıldıqda bu məsələlərin hər biri nəticə verə bilər. Hər halda bizdə belə imkanlar var və ən önəmlisi qarşılıqlı iradə var”.
Nəqliyyat və logistika sahəsi də əməkdaşlığın perspektivli istiqamətlərindəndir. Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən nəqliyyat əlaqələrində oynadığı rol, müasir infrastruktur imkanları və tranzit potensialı Laosla iqtisadi münasibətlərin genişləndirilməsi üçün əlavə zəmin yaradır. Laosda dəmir yolu bağlantılarının inkişafı və gələcəkdə Trans-Xəzər nəqliyyat marşrutuna çıxış imkanlarının nəzərdən keçirilməsi yükdaşımalar sahəsində yeni perspektivlər vəd edir. Bu imkanların reallaşması tərəflər arasında ticarət əlaqələrinin genişlənməsinə də müsbət təsir göstərəcəkdir.
Azərbaycan-Laos münasibətlərinin mühüm istiqamətlərindən biri də humanitar əməkdaşlıqdır. Vaxtilə iki mindən çox laoslu tələbənin Azərbaycanda təhsil alması ölkələr arasında formalaşmış tarixi əlaqələrin göstəricisidir. Təqaüd proqramlarının tətbiqi ilə bu ənənənin yenidən canlandırılması gənclər arasında əlaqələrin güclənməsinə, bilik və təcrübə mübadiləsinin genişlənməsinə imkan verəcəkdir. Bununla yanaşı, mina təhlükəsi ilə mübarizə sahəsində əməkdaşlıq da xüsusi diqqət mərkəzindədir. Hər iki ölkənin bu problemlə bağlı təcrübəsinin bölüşülməsi, müasir texnologiyaların tətbiqi və mütəxəssislərin hazırlanması insanların təhlükəsizliyinin təmin olunmasına töhfə verəcəkdir.
Laos Prezidentinin Azərbaycana ilk rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Səfər çərçivəsində aparılan müzakirələr və əldə olunan razılaşmalar siyasi dialoqun iqtisadi, nəqliyyat və humanitar sahələrdə konkret nəticələrlə tamamlanması üçün əlverişli zəmin yaradır. Qarşılıqlı maraqlara əsaslanan təşəbbüslərin ardıcıl şəkildə həyata keçirilməsi Azərbaycanla Laos arasında dostluq münasibətlərini daha geniş və dayanıqlı tərəfdaşlığa çevirəcəkdir.
Heydər Əsədov
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-10-2026