AZ RU Mobil versiya
Yaxın iki gündə hava qeyri-sabit olacaq - Dağlıq ərazilərdə sulu qar yağacaq
Tarix: 24-09-2021 | Saat: 15:01
Bölmə:Ölkə | çapa göndər

Yaxın iki gündə hava qeyri-sabit olacaq -

Sentyabrın 25-dən 26-na keçən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensivləşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. 26-sı səhər şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcəyi gözlənilir.

Sentyabrın 26-sı gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, şimal-şərq rayonlarında isə güclü olacağı, bəzi yerlərdə dolu düşəcəyi gözlənilir. Yüksək dağlıq ərazilərdə yağışın sulu qara keçəcəyi ehtimalı var.

Qərb küləyi 15-20 m/s, arabir 25 m/s, Kürvadisi rayonlarında arabir 30 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

578 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-10-2021