Mobil versiya
Vətən müharibəsində Zəfəri qəhrəman oğullarımızın canı və qanı bahasına qazandıq - Deputat
Tarix: 24-09-2021 | Saat: 14:00
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Vətən müharibəsində Zəfəri qəhrəman oğullarımızın canı və qanı bahasına qazandıq - Deputat

Xalqımız bir neçə gündən sonra 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən, Azərbaycanın tarixi Zəfəri ilə nəticələnən İkinci Qarabağ müharibəsində həyatını Vətəninə qurban vermiş şəhidlərimizin əziz xatirəsinin Anım gününü qeyd edəcək. O qəhrəman oğullar ki, öz həyatlarını Vətəninə qurban verərək xalqımıza bu qələbə sevincini yaşatdılar, 30 illik həsrətə son qoyaraq ərazi bütövlüyümüzü bərpa etdilər.

Bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Azərbaycan hər zaman öz qəhrəman övladlarının şücaətini, əzmini yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini daim uca və əziz tutur:

“Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, canını Vətənə fəda edərək Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb”.

A.Həsənova qeyd edib ki, Azərbaycan 44 günlük müharibədə dünya hərb taixində yeni bir səhifə yazdı, müzəffər ordumuz erməni təxribatlarına cavab olaraq əks-hücum əməliyyatlarına başlamaqla xalqımıza böyük qələbə sevinci yaşatdı:
“Əlbəttə ki, bu böyük qələbəyə qəhrəman oğullarımızın canı və qanı bahasına nail olundu. Azərbaycan xalqı daim qəhrəman şəhidlərimizin xatirəsini əziz tutacaq, qəlbində yaşadacaq”.

Deputat əlavə edib ki, Vətən müharibəsi Azərbaycan xalqının şanli tarixinə çevrilib: “Bu müharibədə Azərbaycan xalqı əsl qəhrəmanlıq göstərdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz düşməni ağır məğlubiyyətə uğradaraq xalqımızın 30 illik həsrətinə son qoydu, torpaqlarımız düşmən tapdağından azad etdi. Bu qələbə təkcə torpaqlarımızın azad edilməsi deyil, eyni zamanda xalqımızın mənəvi qələbəsi, özünəinam və qələbə əzmininin özünə qaytarılması ilə nəticələndi.

Bu qələbədə xalqımızın hər bir üzvünün öz payı var. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi və nəticədə tarixi Zəfər əldə edərək əzəli torpaqlarımıza qovuşduq.

Əlbəttə ki, bu möhtəşəm qələbəni xalqımıza yaşadanlar ilk növbədə ön cəbhədə qəhrəmancasına döyüşən Azərbaycan ordusunun əsgər və zabitləri idi. Onlar öz həyatları, sağlamlıqları bahasına xalqımıza bu qələbəni yaşatdı və əlbəttə ki, onların bu qəhrəmanlıqları dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir, şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısı ardıcıl və sistemli şəkildə həyata keçirilir”.

A.Həsənova vurğulayıb ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi Zəfərinin arxasında uzun illərin gərgin əməyi, həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə aparılan düşünülmüş və məqsədyönlü siyasət dayanırdı:

“Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycan həm siyasi, həm də iqtisadi müstəqilliyini tam təmin etməyi bacardı. Azərbaycanın iqtisadi müstəqilliyi və inkişafı ordu quruculuğu sahəsində genişmiqyaslı işlər həyata keçirməyə və qüdrətli ordu qurmağa imkan verdi, ordumuz müsair silahlarla təmin edildi, şəxsi heyətin peşəkarlığı yüksək səviyyəyə qaldırıldı və ordumuz dünyanın 50 ən güclü orduları sırasına daxil oldu.
Güclü ordu, güclü iqtisadiyyat, döyüşə getmək üçün növbəyə düzülən vətənpərvər gənclər, öz Prezidenti ətrafında sıx birləşmiş xalq, beynəlxalq dəstək Vətən müharibəsində qələbəmizi təmin etdi, 30 illik işğala son qoydu və ərazi bütövlüyümüz bərpa edildi.

Bu gün Azəraycan xalqı qalib xalqıdır, bütün dünyaya öz gücünü, vətənpərvərliyini nümayiş etdirmiş xalqdır. Azərbaycanın döyüş meydanında əldə etdiyi qələbə bu gün başqa istiqamətlərdə davam edir. İşğaldan azad edilmiş ərazilərimizdə sürətli bərpa və quruculuq işləri o yerlərin əsl sahiblərinin kimi olduğunu bir daha dünyaya nümayiş etdirdi. Həmin ərazilərimizə yenidən zəngin həyat qayıdacaq, insanlarımız öz doğma yurdlarına geri dönəcək və Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş bir dövlət kimi daha güclənəcək”.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024