Mobil versiya
Müharibə dövründə hisslərimi təcrid edə bilirdim - Prezident
Tarix: 24-09-2021 | Saat: 10:56
Bölmə:Ölkə | çapa göndər

Müharibə dövründə hisslərimi təcrid edə bilirdim - Prezident

Hər bir dövlət xadimi, xüsusilə ölkə başçısı hisslərinin gündəlik vəzifələrinə təsir etməsinə imkan verməməlidir. Hər kəs, təbii ki, hisslərə malikdir. Biz, bu və ya digər şəkildə onları ifadə edirik, lakin görünür, uzun illər boyu davam edən fəaliyyətim ərzində özümdə hissləri təcrid etmək xüsusiyyəti formalaşdıra bilmişəm.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Nasionalnaya oborona” jurnalına eksklüziv müsahibəsində bildirib.

“44 günlük müharibə dövründə bir dəfə də olsun təxribata uymadıq. Hətta düşmən bizim şəhərlərimizi bombardman edib, qadın və uşaqlarımızı qətlə yetirəndə belə biz onlara eyni cavabı vermirdik, biz onların şəhərlərini bombardman etmirdik. Lakin, bizim həmin vaxt keçirdiyimiz hissləri yəqin ki, başa düşmək olar. Biz düzgün müharibə aparır, beynəlxalq humanitar hüquqa riayət edir və hərbi cinayətlər törətmirdik”, - dövlət başçısı deyib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-03-2025