Mobil versiya
Sabah paytaxtda gücləndirilmiş dezinfeksiya aparılacaq
Tarix: 24-09-2021 | Saat: 09:46
Bölmə:Ölkə | çapa göndər

Sabah paytaxtda gücləndirilmiş dezinfeksiya aparılacaq

Vətəndaşlarımızın koronavirus pandemiyasından qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədi ilə paytaxt Bakı şəhərində həyata keçirilən kompleks tədbirlər davam etdirilir.

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində sabah, sentyabr ayının 25-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-03-2025