Aqiyə Naxçıvanlı: “Azərbaycan Prezidenti Cənubi Qafqazda dayanıqlı sülhə nail olmanın yeganə yolunu bir daha hamıya göstərdi”
Tarix: 16-08-2021 | Saat: 14:22
Bölmə:Manşet / Siyasət / Seçilənlər-3 | çapa göndər
“Prezident İlham Əliyev “CNN Türk” televiziya kanalına verdiyi müsahibəsində bəzi dünya güclərinin hələ də həyata keçirdikləri ikili standartlar siyasətini bir daha ifşa etdi və qətiyyətlə pislədi. Dövlətimizin başçısı birmənalı olaraq bildirdi ki, saxta “erməni soyqırımı”nı tanıyan ölkələr həqiqətləri deyil, saxta tarixi qəbul edirlər.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.
Millət vəkili xüsusi olaraq vurğulayıb ki, Prezident İlham Əliyevin avqustun 14-də “CNN Türk” televiziya kanalına verdiyi müsahibəsində ifadə etdiyi qətiyyətli fikirlər Azərbaycan həqiqətlərinin bir daha bütün dünyaya çatdırılması baxımından böyük önəm kəsb edir: “Ölkə Prezidenti cənab İlham Əliyev hər zaman olduğu kimi, bu dəfə də öz müsahibəsində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, ölkəmizin Cənubi Qafqazda yaranmış yeni reallıqların müəllifi və regionda əsas söz sahibi kimi beynəlxalq aləmdə birmənalı olaraq qəbul edilməsi baxımından müstəsna əhəmiyyət kəsb edən fikirlər səsləndirdi. O cümlədən dövlətimizin başçısı erməni faşizminin, erməni vəhşiliyinin ən dəhşətli təzahürlərindən biri olan Xocalı soyqırımının hələ də bir çox dövlətlər tərəfindən tanınmaması faktını qətiyyətlə pislədi. Prezident İlham Əliyev dedi ki, bu vəziyyətin davam etməsində ikili standartlar əsas rol oynayır, çünki Xocalı soyqırımı dünyanın gözü qarşısında baş verib və yaxın tarixin hadisəsidir. Ancaq bunu bir çox ölkələr görmək istəmirlər və cəmi 13 ölkə Xocalı qətliamını soyqırımı kimi tanıyıb. Qeyd etmək lazımdır ki, bu 13 ölkə tərəfindən Xocalı soyqırımının tanınması faktı da birbaşa dövlət başçımızın yürütdüyü xarici siyasətin nəticəsidir. Çünki 2003-cü ildə bu ölkələrin sayı sıfra bərabər idi. Prezident İlham Əliyevin gərgin səyləri, apardığı düşünülmüş siyasət, dövlətimiz tərəfindən aparılan düzgün təbliğat, təşkil olunan beynəlxalq sərgilər və təqdimatlar bir çox ölkələrdə Xocalı qurbanları ilə bağlı həqiqətlərin çatdırılmasında əsas rol oynadı. Bu faciə ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə düzgün təbliği və günahkarların layiqli cəzalandırılması istiqamətində ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlərdə məqsədyönlü addımlar atıldı. Məhz bu səylərin nəticəsi olaraq İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olması öz təsdiqini tapdı. Həmçinin Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı soyqırımını qətliam kimi qiymətləndirərək qətiyyətlə pislədilər. Prezident İlham Əliyevin siyasəti son illər ərzində Azərbaycana bir çox müttəfiqlər qazandırdı. Ancaq bu gün də saxta “erməni soyqırımı”nı tanıyan ölkələr Xocalı soyqırımını tanımaq istəmirlər. Dövlət başçımızın dediyi kimi, onlar saxta tarixi qəbul edirlər və burada da əsas amil siyasi amildir. Lakin Azərbaycana artıq bu kimi vasitələrlə təsir etmək qeyri-mümkündür. Azərbaycan Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə öz əsas hədəfinə Qarabağın və Şərqi Zəngəzurun azad edilməsinə nail oldu və indi artıq bizim qarşımızda yeni hədəflər durur ki, dövlət başçımızın qətiyyəti və siyasi iradəsi, eləcə də xalqımızın əzmi sayəsində biz onlara da ən qısa zamanda nail olacağıq.”
Həmçinin Aqiyə Naxçıvanlı öz açıqlamasında bunu da qeyd edib ki, Prezident İlham Əliyevin müsahibəsində Azərbaycanın özünün, eləcə də bütünlükdə Cənubi Qafqaz regionunun təhlükəsizliyini təmin etməkdə və Ermənistanın revanşist qüvvələrinin baş qaldırmasına imkan verməməkdə qərarlı olduğuna dair ifadə etdiyi qətiyyətli fikirləri bütün antiazərbaycan qüvvələr üçün ciddi xəbərdarlıq mesajı kimi qiymətləndirilməlidir: “Azərbaycan Prezidenti hər zaman olduğu kimi bu müsahibəsində də Cənubi Qafqazda dayanıqlı sülhün, əmin-amanlığın və inkişafın bərqərar olması üçün hər kəsin məhz hansı addımları atmalı olduğunu açıq-aydın göstərdi. Dövlətimizin başçısı dedi ki, biz öz mövqeyimizi dəfələrlə bildirmişik. Azərbaycan istəyir ki, Ermənistanla sülh müqaviləsi imzalansın. Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası, yəni, müəyyən edilməsi prosesi də başlasın. Ancaq bu günə qədər Ermənistan bu təklifə müsbət cavab verməyib. Belə görünür ki, Ermənistan buna hazır deyil, ya da bunun əleyhinədir. Belə olan halda, Ölkə Prezidenti cənab İlham Əliyev dediyi kimi, bu, böyük yanlışlıq olar və onlar özləri də peşman olacaqlar. Bununla da dövlətimizin başçısı bu təklifin masa üzərində əbədi qalmalı olmadığını vurğuladı: “Yəni, əgər buna etiraz edirlərsə, açıq söyləsinlər ki, onlar Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmirlər. Belə olan halda biz də öz siyasətimizi buna uyğun şəkildə aparacağıq. Əgər Ermənistan buna hazırdırsa, əgər Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanımağa hazırdırsa, onda əlbəttə ki, bölgəyə uzunmüddətli sülh gələcək. Biz bunu istəyirik və eyni zamanda, buna nail olmaq üçün indi konkret təkliflər də masa üzərindədir. Ancaq Ermənistanda ifrat millətçilik, türkofobiya, azərbaycanofobiya, islamofobiya o dərəcədə insanların və hakim dairələrin beyinlərini zəhərləyib ki, onlar bunu istəsələr də, dilə gətirə bilmirlər. Ermənistanda cəmiyyət və hakimiyyət təbii ki, indi çox çətin bir psixoloji durumdadır. Çünki onların otuz il ərzindəki ideoloji sütunları darmadağın edildi, mifologiya darmadağın edildi. Erməni ordusunun “müzəffər ordu” olmasını biz 44 gün ərzində yerlə bir etdik. Onların ərazi iddiaları məhv edildi.” Bununla yanaşı Prezident İlham Əliyev sülh müqaviləsinin imzalanmasının, Ermənistan tərəfindən üçtərəfli 10 noyabr Bəyanatının şərtlərinə əməl olunmasının və o cümlədən Zəngəzur dəhlizinin açılmasının Ermənistanın özü üçün də böyük şans olduğunu vurğuladı. Həqiqətən də Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, Ermənistanın da maraqlarına cavab verir. Çünki Zəngəzur dəhlizi onların da maraqlarına xidmət edəcək. Onlar da dəmir yolu ilə həm İranla, həm Rusiya ilə əlaqə yaratmaq imkanı əldə edəcəklər.”
Sonda Aqiyə Naxçıvanlı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bundan sonra daha da inkişaf etdiriləcəyinə dair Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlərin xüsusi əhəmiyyətini vurğulayaraq bunları deyib: “Ölkə Prezidenti cənab İlham Əliyev öz müsahibəsində bir daha vurğuladı ki, Türkiyə Vətən müharibəsinin gedişində Azərbaycana təkcə silahlı PUA-ları ilə yox, hərtərəfli dəstək oldu. İlk növbədə, İkinci Qarabağ savaşının ilk saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyətli açıqlamaları çox böyük və müsbət rol oynadı. O demişdir ki, Türkiyə Azərbaycanın yanındadır və Azərbaycanın haqq işində Türkiyə Azərbaycana siyasi və mənəvi dəstək verir və verəcəkdir. Bunun çox böyük mənası var idi. Çünki bu, bir çoxlarını məsələyə müdaxilə etməkdən çəkindirdi. Eyni zamanda Türkiyədən alınmış müasir silahlar, “Bayraktar”lar daxil olmaqla, Azərbaycanın işini xeyli yüngülləşdirdi və insan itkisinin çox olmamasına səbəb oldu. Ümumiyyətlə etiraf etmək lazımdır ki, bu gün ölkəmizin ən etibarlı strateji tərəfdaşı olan qardaş Türkiyə ilə münasibətlərin möhkəmləndirilməsi və əlaqələrin daha da genişləndirilməsi Azərbaycan dövlətinin xarici siyasətində prioritet istiqamətlərdən biridir. Xüsusilə ölkələrimizin dövlət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə məsul qurumların rəhbərlərinin davamlı qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır. Nəticədə bütün sahələr üzrə əlaqələr uğurla inkişaf edərək ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri bu gün ən yüksək səviyyəyə qalxmışdır.”
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər