Türkiyəli deputat Azərbaycana təşəkkür etdi
Tarix: 11-08-2021 | Saat: 12:28
Bölmə:Manşet / Siyasət | çapa göndər

"Atalarımız "Dost çətin gündə tanınar" deyib. Can Azərbaycandan gələn dostlarımızın varlığı bizə ruh yüksəkliyi və güc verdi".
aia.az-ın məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin Dənizli üzrə millət vəkili Şahin Tin deyib.
O, yanğınların söndürülməsinə dəstək verdikləri üçün azərbaycanlı yanğınsöndürənlərə təşəkkür edib:
"Həm meşələrimizdəki yanğına, həm də könüllərimizə su səpirlər. Belədir bizim qardaşlığımız. Bu səbəbdən iki dövlət, bir millətik. Allah birliyimizi pozmasın".
Qeyd edək ki, Muğla şəhərinin Köyceyiz rayonunda iyulun 29-da başlayan meşə yanğını Dənizli şəhərinin Beyağac rayonunun 5 kilometrliyinə qədər yaxınlaşıb. Yanğınların başladığı ilk günlərdən Azərbaycan Türkiyənin yanında olduğunu ifadə edib və yanğınla mübarizə üçün canlı qüvvə və texnika göndərib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-05-2025