Ana Sayfa > Manşet / Siyasət > Türkiyəli deputat Azərbaycana təşəkkür etdi
Türkiyəli deputat Azərbaycana təşəkkür etdi11-08-2021, 12:28. Yazar: sevinc1 |
![]() "Atalarımız "Dost çətin gündə tanınar" deyib. Can Azərbaycandan gələn dostlarımızın varlığı bizə ruh yüksəkliyi və güc verdi". aia.az-ın məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin Dənizli üzrə millət vəkili Şahin Tin deyib. O, yanğınların söndürülməsinə dəstək verdikləri üçün azərbaycanlı yanğınsöndürənlərə təşəkkür edib: "Həm meşələrimizdəki yanğına, həm də könüllərimizə su səpirlər. Belədir bizim qardaşlığımız. Bu səbəbdən iki dövlət, bir millətik. Allah birliyimizi pozmasın". Qeyd edək ki, Muğla şəhərinin Köyceyiz rayonunda iyulun 29-da başlayan meşə yanğını Dənizli şəhərinin Beyağac rayonunun 5 kilometrliyinə qədər yaxınlaşıb. Yanğınların başladığı ilk günlərdən Azərbaycan Türkiyənin yanında olduğunu ifadə edib və yanğınla mübarizə üçün canlı qüvvə və texnika göndərib. aia.az Geri dön |