Mobil versiya
Özbəkistanda Azərbaycan kapitalı ilə 200-ə yaxın müəssisə fəaliyyət göstərir
Tarix: 05-08-2021 | Saat: 11:20
Bölmə:Siyasət | çapa göndər

Özbəkistanda Azərbaycan kapitalı ilə 200-ə yaxın müəssisə fəaliyyət göstərir

Özbəkistanda Azərbaycan kapitalı ilə 195 müəssisə fəaliyyət göstərir, bunlardan 69-u birgə müəssisədir.

Bu barədə Trend-ə Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, Azərbaycandan Özbəkistana əsas kapitala cəlb olunmuş birbaşa investisiyaların həcmi 320 min dollardan çox təşkil edib.

Nazirlikdən bildiriblər ki, 2020-ci ildə Azərbaycandan Özbəkistana xidmət və malların idxalı 2019-cu illə müqayisədə 36 faiz artıb. Bu ilin yanvar-may ayları ərzində Azərbaycandan idxal 2020-ci ilin eyni dövrü ilə müqayisədə dəyişməz qalıb:

"Azərbaycandan idxalda 44 faiz qeyri-ərzaq xammalı, 19 faiz ərzaq məhsulları, 19 faiz isə sənaye məhsullarının payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-ərzaq xammalı 32 faiz azalıb, Ərzaq məhsullarının idxalı yeddi dəfə, sənaye məhsullarının idxalı dörd dəfə artıb".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024