Ana Sayfa > Siyasət > Özbəkistanda Azərbaycan kapitalı ilə 200-ə yaxın müəssisə fəaliyyət göstərir
Özbəkistanda Azərbaycan kapitalı ilə 200-ə yaxın müəssisə fəaliyyət göstərir5-08-2021, 11:20. Yazar: sevinc1 |
![]() Özbəkistanda Azərbaycan kapitalı ilə 195 müəssisə fəaliyyət göstərir, bunlardan 69-u birgə müəssisədir. Bu barədə Trend-ə Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət Nazirliyindən bildiriblər. Qeyd olunub ki, Azərbaycandan Özbəkistana əsas kapitala cəlb olunmuş birbaşa investisiyaların həcmi 320 min dollardan çox təşkil edib. Nazirlikdən bildiriblər ki, 2020-ci ildə Azərbaycandan Özbəkistana xidmət və malların idxalı 2019-cu illə müqayisədə 36 faiz artıb. Bu ilin yanvar-may ayları ərzində Azərbaycandan idxal 2020-ci ilin eyni dövrü ilə müqayisədə dəyişməz qalıb: "Azərbaycandan idxalda 44 faiz qeyri-ərzaq xammalı, 19 faiz ərzaq məhsulları, 19 faiz isə sənaye məhsullarının payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-ərzaq xammalı 32 faiz azalıb, Ərzaq məhsullarının idxalı yeddi dəfə, sənaye məhsullarının idxalı dörd dəfə artıb". aia.az Geri dön |