Mobil versiya
Tərtərdə dağılmış evlər dövlət vəsaiti hesabına bərpa ediləcək
Tarix: 27-04-2016 | Saat: 18:30
Bölmə:Gündəm | çapa göndər

Tərtərdə dağılmış evlər dövlət vəsaiti hesabına bərpa ediləcək






Tərtər rayonunun cəbhəboyu yaşayış məntəqələrində dağılmış evlər dövlət vəsaiti hesabına bərpa ediləcək.
AIa.az bildirir ki, bunu report-a açıqlamasında Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Müstəqim Məmmədov deyib.
İcra başçısı xatırladıb ki, son günlər ermənilər təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrini mütəmadi olaraq atəşə tutur: "Ermənilərin atdığı "qrad" mərmiləri fərdi yaşayış evlərinə ciddi ziyan vurub. Elə evlər var ki, tamami ilə yarasız hala düşüb və həmin evlərdə yaşamaq təhlükəli olduğundan evin sakinləri müvəqqəti olaraq qohumlarının evində yerləşdirilib. Rayon Fövqəladə Hallar Komissiyası (FHK) tərəfindən dağılmış və qismən ziyan dəymiş evlər qeydiyyata alınıb və həmin evlər dövlət vəsaiti hesabına bərpa ediləcək".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024