Ana Sayfa > Gündəm > Tərtərdə dağılmış evlər dövlət vəsaiti hesabına bərpa ediləcək
Tərtərdə dağılmış evlər dövlət vəsaiti hesabına bərpa ediləcək27-04-2016, 18:30. Yazar: admin |
Tərtər rayonunun cəbhəboyu yaşayış məntəqələrində dağılmış evlər dövlət vəsaiti hesabına bərpa ediləcək. AIa.az bildirir ki, bunu report-a açıqlamasında Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Müstəqim Məmmədov deyib. İcra başçısı xatırladıb ki, son günlər ermənilər təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrini mütəmadi olaraq atəşə tutur: "Ermənilərin atdığı "qrad" mərmiləri fərdi yaşayış evlərinə ciddi ziyan vurub. Elə evlər var ki, tamami ilə yarasız hala düşüb və həmin evlərdə yaşamaq təhlükəli olduğundan evin sakinləri müvəqqəti olaraq qohumlarının evində yerləşdirilib. Rayon Fövqəladə Hallar Komissiyası (FHK) tərəfindən dağılmış və qismən ziyan dəymiş evlər qeydiyyata alınıb və həmin evlər dövlət vəsaiti hesabına bərpa ediləcək". Geri dön |