AZ RU Mobil versiya
Mingəçevirdə dəfələrlə məhkumluq həyatı yaşayan şəxs yenə heroinlə saxlanılıb
Tarix: 22-07-2021 | Saat: 10:18
Bölmə:Gündəm | çapa göndər

Mingəçevirdə dəfələrlə məhkumluq həyatı yaşayan şəxs yenə heroinlə saxlanılıb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutularaq məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan aia.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkumluq həyatı yaşayan Mingəçevir şəhər sakini Vüsal Mirzəyev saxlanılıb. Şəxsi axtarış zamanı həmin şəxsdən heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Qeyd edək ki, narkotik vasitə aludəçisi olan V.Mirzəyev dəfələrlə yaşadığı ünvanda qonşuların və ailəsinin narahatlığına, həmçinin məişət səs-küyünün yaranmasına səbəb olan hərəkətlərə yol verib. Onun barəsində DİN-in “102” Zəng Mərkəzinə, eləcə də Şəhər Polis Şöbəsinə şikayət daxil olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5107 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2021
24-09-2021