Avropa Məhkəməsinin qərarları rədd ediləcək (FOTO)
Tarix: 15-07-2015 | Saat: 18:02
Bölmə:Şou-biznes / Aia TV / Karusel | çapa göndər
Verilən qərarlar Rusiya Konstitusiyasına zidd olarsa bunlar ciddi sayılmayacaq.
Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları Rusiya Konstitusiyasına zidd olarsa, həmin qərarlar ciddi sayılmayacaq.
ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyanın Konstitusiya Məhkəməsi qərar verib.
Bildirilir ki, Moskvanın bu qərarı Rusiyaya qarşı Avropa Məhkəməsinin çıxardığı qətnamələri rədd etməyə imkan verəcək.
Avropa İnsan Hüquqları Məhkəməsi
Ümumiyyətlə, Avropa Məhkəməsi hər il Rusiyadan minlərlə şikayət qəbul edir. Rusiya bir çox cinayət işləri ilə əlaqədar Strasburq məhkəməsində uduzub və buna görə böyük məbləğdə cərimə ödəməlidir. Bu işlər arasında keçmiş "Yukos" neft və qaz şirkəti, eləcə də Çeçenistandan olan şikayətlər çoxluq təşkil edir.
Konstitusiya Məhkəməsinin ötən gün verdiyi qərarda deyilir ki, Rusiya qanunvericiləri xüsusi ədliyyə mexanizmi yarada bilərlər. Məqsəd Avropa Məhkəməsinin qərarlarının icrası zamanı Rusiya Konstitusiyasının aliliyini təmin etməkdir.
Hakimlər qərarın Vyana Konvensiyasına uyğun olduğunu söyləyiblər. İnsan hüquqları müdafiəçiləri isə bunu icra orqanının məhkəməyə təhlükəli təsirinin sübutu sayır.
Rusiyanın Konstitusiya Məhkəməsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-12-2024
03-12-2024