Bəxtiyar Vahabzadənin yaradıcılığında Füzuli mövzusu və ənənələri türkçülüyün məxəzi kimi - Ardı
Tarix: 12-07-2021 | Saat: 09:54
Bölmə:Ölkə | çapa göndər

Bəxtiyar Vahabzadənin yaradıcılığında Füzuli mövzusu və ənənələri türkçülüyün məxəzi kimi
“Şəbi-hicran” poemasında dahi ustadının sözə olan heyranlığının yeni çalarlarını qələmə alan Bəxtiyar Vahabzadə və həm də bu heyranlıqdan Füzulinin özünə də müstəsna dərəcədə böyük pay ayırırdı. Bəxtiyar Vahabzadə Mövlananın Şəms Təbriziyə olan ilahi bağlılığı qədər bağlıydı Füzuliyə. Onun heyranıydı. Sənətin hansı gizlininə baş vururdusa, qarşısında Füzulini görürdü və bu düşüncələri şerin ölməz dili ilə belə ifadə edirdi:
Qəvvas olub o dəryada mən çox üzmək istədim,
Batdım bircə damlasında, damlası da dərindi.
Və yaxud:
Dərk etmədim hikmətini, can heyrətdən uçundu,
Bu, Bəxtiyar Vahabzadənin Füzuli dühasına olan heyranlığının bədii ifadəsi idi. Publisistik müstəvidə söylədikləri də bədii şəkildə dediklərini addım-addım izləməkdədir: “İnsanlığı Tanrıya, sevgini dinə çevirən Füzulinin səsi bütün zamanları dəlib keçir, bizi həqiqətə, sədaqətə, ədalətə, böyüklüyə, ülviliyə və yüksəkliyə səsləyir. O, bizimlə bərabər yaşayır... Şairlər var ki, biz onları bəyənirik. Şairlər var ki, biz onları sevirik, şairlər də var ki, biz onların sənəti qarşısında sükut edir, onun tilsiminə düşürük. Füzulinin özü demişkən: “Sürəti-halın görən surət xəyal eylər məni”. Beləliklə, Füzuli şeirinə, Füzuli xatirəsinə ən böyük hörmət, bizim heyrətimiz və bu heyrətdən doğan sükutumuzdur” (Bəxtiyar Vahabzadə, M.Füzulinin 500 illik yubileyindəki çıxışından, (Türkiyənin Bilkənd Universiteti), Zaman və Mən, Bakı-1999, səh. 225).
Həm Füzuli, həm də Bəxtiyar Vahabzadə üçün poeziya, ümumiyyətlə, sənət aləmi eşqin təranəsi, insan düşüncəsinin uçuş mərkəzi kimi dəyərli idi. Bu münasibət Bəxtiyar Vahabzadənin “Şəbi-hicran” poemasının “Can yanğısı” fəslində yetərincə mükəmməl şəkildə öz ifadəsini tapmışdır:
Biri deyir: - Həyatın hüsnü, süsüdür sənət,
Biri deyir ürəyin döyüntüsüdür sənət.
Biri deyir ki, sənət təbiətin səsidir,
Biri deyir ki, sənət eşqin təranəsidir.
Biri deyir ki, sənət hər şeydən öncəsidir,
...Biri deyir ki, sənət insan düşüncəsini,
Fikrini, xəyalını uçurur göylərə.
Əsərin əsas surətlərindən biri olan Əbdül Kərimin dedikləri isə əslində böyük müdriklərin – ilk növbədə Füzulinin və Bəxtiyar Vahabzadənin öz münasibətini ifadə edir.
Sənət dəryaya bənzər, onun min bir halı var,
Onun sirlərlə dolu öz cah-cəlalı var.
Kiminin bu dəryada gördüyü çör-çöp olur,
Kimi də dibindəki incilərə vurulur.
Məncə, can yanğısıdır şeir, sənət əzəldən.
Poemanın başqa bir səhnəsində şair Leylayla Məhəmmədin qarşılıqlı söhbəti əsasında sənətə, sənətkara olan müanasibətini Füzuliyanə bir tərənnümlə belə ifadə edir:
- Yanırsan, əzizim, alış, yan yenə,
Sənət dediyin də yanar çıraqdır.
Elin kədərinə, elin qəminə,
Sən də yanmayanda, kim yanacaqdır?
B.Vahabzadə də ustadı Füzuliyə xas müdrikliklə sənətkarı yanan şama, çırağa bənzədir. Eyni zamanda, fərqinə varır ki, Füzulinin, bir növ özünün prototipi kimi yaratdığı Məcnunun özü də əbədi, sönməz bir eşq çırağıdır. Onun şölələri milyonların könlünə eşq şəfqəti əta edir. Buna görə də B.Vahabzadə “Heyrət, ey büt!” məqaləsi boyunca dahi şairin sənətkarlıq məziyyətlərinə bu yöndən nəzər salmağı vacib bilirdi: “Füzulinin tərənnüm etdiyi eşqin özü böyükdür. Bu eşq insanı fədakarlığa çağıran, onu daxilən böyüdən, mənən yüksəldən, qəhrəmanlıq dərəcəsinə ucaldan eşqdir. Füzuli nə üçün Məcnunun tablosunu cızdı? Məcnun nəyin dəlisidir? Məcnun idrak Məcnunudur, hər şeyi dərk etmək, hər şeyin mahiyyətinə, cövhərinə varmaq ehtirasının timsalıdı... Məcnun cəmiyyətin məhdud qayda və qanunlarına qarşı idrakın üsyanıdır... Bir sözlə, Füzuli böyük təbiətli, böyük idraklı cəmiyyətin fövqünə ucalmış əfsanəvi Məcnun obrazında özünü, öz mənəviyyatını tapmışdır. Məcnunu Füzuliyə sevdirən ondakı üstünlük, ondakı böyüklük və yüksəklik idi. Bəxtiyar Vahabzadə M.Füzulini “sözlərində nəfəs alan, fikirlərində yaşayan, duyğularında fəryad çəkən insanlar insanı, şairlər şairi, ariflər arifi” kimi qəbul edir, xüsusi bir duyğusallıqla onun havasına uçunur və bu barədə olan fikirlərini belə ifadə edirdi: “Füzuli tədqiqatçılarından hər biri onun böyüklüyünü bir cəhətdən görmüşlər. Mən isə onun böyüklüyünü ilk növbədə dilinin sehri ilə dünyadakı böyük türk xalqlarını birləşdirməsində, bu çırağın ətrafında toplaya bilməsində görürəm. Kim iddia edə bilər ki, Füzuli yalnız azəri türklərinin şairidir? Yox! O, həm azəri, həm türkmən, həm Kərkük, həm özbək, həm də Türkiyə türklərinin dahisidir. Bir sözlə, Füzuli türk xalqlarının kökü, bizsə onun qolları, budaqlarıyıq”. (Bəxtiyar Vahabzadə, “Mənəviyyat bayrağı”, “Ədəbiyyat qəzeti”, 17 fevral 1995).
Bəxtiyar Vahabzadə Füzulinin böyüklüyünü hər şeydən əvvəl dilinin sehrində görürdü və bu həm də Füzulinin ruhunun sehriydi. Dahi şairin bütün dünya türklərinin böyük sənətkarı olması onun ruhundan, ruhən dünya türklərinə yaxın, doğma olmasından qaynaqlanırdı. Onun bənzərsiz üslubu, poetik dili bu ruh birliyinin təcəlli etdiyi həqiqətdən gəlirdi. Dilə, milli ruha bağlılıq həm də Bəxtiyar Vahabzadənin özünün böyüklüyündən intişar tapırdı. Bəxtiyar Vahabzadə, heç də təsadüfi deyil ki, sovetlər dönəminin ən kəsərli çağlarında belə sistemli, dayanıqlı şəkildə doğma ana dili mücadiləsi aparmış, öz ana dilinə biganə, yad olanları birmənalı şəkildə qınağa tutmuşdur. O, məşhur “Ana dili” şeirində öz dilinə xor baxan rusbaşlı “obrozovon”lara qarşı qəzəbini gizlətmir və “qoy bütün vəzifə, kreslo hərisliyindən irəli gələn bədxahlığınıza ananızın verdiyi süd qənim olsun, əvəzində bu yurdun “Segah”ı, “Rast”ı, “Şahnaz”ı, doğma dili mənim olsun” yazırdı. Bu, onun milli kökə, milli kimliyə bağlı olan qəlbinin, vicdanının səsiydi. Bəxtiyar Vahabzadəni doğma ana dilinə böyük eşqi, qədirbilənliyi, vətəndaşlıq qayəsi bağlayırdı. O, doğma dilinin aşiqi, məcnunu idi. Öz doğma dilinə məcnunanə bir sevgi bəsləyirdi. Və heç də təsadüfi deyildi ki, “Şəbi-hicran” poemasında dönə-dönə bəyan edir, ürək ağrısı ilə vurğulayırdı: “Bu qəmdir ki, millətin qəlbinə də, eşqinə də, ruhuna da qəsd edirlər, ay aman”... Bu, eyni zamanda Füzulinin harayı, qəlbinin səsi idi. Ancaq “sərvəti deyil, ürəyi də parçalanan” bir məmləkətin, xalqın taleyi həm Füzulinin, həm də Bəxtiyar Vahabzadənin dilindən, yaşamından belə keçirdi “Şəbi-hicran” poemasında:
Arzusunu, eşqini
O, tapmadı həyatda.
Həyata güldüyündən
Ağlatdı zülüm-zülüm
Füzulini həyat da!..
Burda böyük dərdimiz yadıma düşdü mənim,
Hələ birlik görməmiş mənim böyük vətənim.
Qəsbkarlar əlində didildi, parçalandı,
Ancaq sərvəti deyil, ürəyi də talandı.
Sərvət getsə qəm deyil,
Sərvət gələr yenə də.
Bu qəmdir ki, millətin
Qəlbinə, eşqinə də,
Dilinə, ruhuna da
Qəsb edələr, ay aman!
Ələmlərin, dərdlərin
Hamısından bu yaman!
Bəxtiyar Vahabzadə öz böyük ustadı kimi, bu milli faciə və dərdlərin ilk növbədə dövrün, zamanın xarakterindən irəli gəldiyini bəyan edirdi. Füzulinin də ən böyük gileyi, tənqid hədəfi zəmanədən idi. Zəmanədən şikayət ilk növbədə Füzulinin “Şikayətnamə” əsərinin meydana gəlməsinə zəmin yaradırdı. Öz növbəsində Bəxtiyar Vahabzadənin “Şikayətnamə”si “Gülüstan”, “Şəbi-hicran”, “Şəhidlər” idi. Həm Füzulinin, həm də Bəxtiyar Vahabzadənin əsərləri öz zəmanələrinin manqurt təfəkkürünə üsyan faktları, lövhələri kimi qəbul edilirdi və Füzulinin “Şikayətnamə”si Bəxtiyar Vahabzadənin “Gülüstan”ı, “Şəbi-hicran”ı ilə tamamlanırdı:
Hərəsi bir diyarda qalan qardaş-bacılar,
Füzulinin şeirilə tanıdı bir-birini.
O çatdırdı qardaşa qardaşın əllərini.
Könüllərə bir ümid,
Nəşə verdi Füzuli.
Parçalanmış milləti
Birləşdirdi Füzuli.
Dərin minnətdarlıq hissi ilə qeyd etməliyik ki, 20-ci əsrin totalitar sovet basqıları altında eyni birləşdirici, oyadıcı, səfərbəredici missiyanı Bəxtiyar Vahabzadə fenomeni cəmiyyətimiz üçün yerinə yetirdi, millətin böyük dərdini çiyinlərində ləyaqətlə daşıdı, hər misrasında, hər beytində ikiyə bölünmüş doğma Azərbaycanımızın azad olmaq, birləşib bir olmaq ideyasını ifadə etdi və bu məqamda həmişə Füzuli ruhən, fikrən onun yanında oldu. Ona mənəvi dəstək verdi. Parçalanmış milləti birləşdirmək istəyinə güc qatdı. Füzuli dilinin sehrli, qüdrətli varlığı ilə yaratdığı “Gülüstan”ı, “Şəbi-hicran”ı böyük türk dünyasını birliyə, bütövlüyə səslədi. Bütün bu dil əzbəri olan əsərləri o, ilk növbədə Füzulinin ana laylasına bənzər poeziyasının həmrəyliyi, həmdərdliyi hücrəsinə etiqad və zikr edə-edə yaratdı və böyük ustadının poetik irsi barəsində həmişə xüsusi iftixar hissi ilə söz açdı: “Ana laylasına bənzər bu misralardakı dilin sehri dünyanın o başında yaşayan bir türklə, bu başında yaşayan türkü eyni kökə qovuşdurur, bir-birinə tapındırır. Budur, Füzuli şerinin tilsimi, böyüklüyü və qüdrəti”.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində
Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi
Bakı Dövlət Universitetinin dissertantı
Quliyeva Günəş Zakir qızı
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-03-2025