Bərdə rayon Mərkəzi Xəstəxanasının həkiminə cinayət işi başlandı  
Tarix: 08-06-2021 | Saat: 17:46
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
 
Bərdə Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinin həkimi Hafiz Əliyev barədə cinayət işi başlanıb.
Bərdə rayon prokurorluğundan aia.az-a verilən məlumata görə, Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinin həkimi Hafiz Əliyevin koronavirus xəstəsi olduğu halda xidməti iş otağında xüsusi karantin rejimi qaydalarını pozaraq pasiyent qəbul etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qeyd edilən məlumatla əlaqədar Bərdə rayon prokurorluğunda yoxlama aparılmaqla toplanmış material üzrə Cinayət Məcəlləsinin 139-1.1-ci (karantin rejiminin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) və 309.1-ci (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq davam etdirilir.
aia.az
 
Məlumatlanmaq üçün Facebook səhifəmizi
  
Digər xəbərlər
 
	Xəbəri paylaş
	
 Digər xəbərlər
 31-10-2025
	
17:17 Fədayə Laçına cin girdi   