Azərbaycan xalqı hər il 28 may tarixini böyük sevinc hissi ilə qeyd edir
Tarix: 27-05-2021 | Saat: 12:11
Bölmə:Media | çapa göndər
Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyev 26 may 1998 – ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi münasibətilə Milli Məclisin təntənəli iclasındakı nitqi zamanı demişdir: ... “Azərbaycan Xalq Cümhuriyyəti az bir müddət yaşayıbdır. Ancaq o, XX əsrdə Azərbaycan xalqının həyatında tarixi bir mərhələ olub və xalqımızın gələcəyinin, müstəqilliyinin, azadlığının, suverenliyinin təməlini qoyubdur. Məhz buna görə də Azərbaycanın bütün vətəndaşları-biz Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını,onun fəaliyyətlərini və Xalq Cümhuriyyətini yaradanları,o dövrdə qəhrəmanlıq nümunələri göstərən insanları böyük minnətdarlıq hissi ilə yad edirik.”
28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaranmışdır.Bu il bu cümhuriyyətin 103-cü il dönümünü qeyd edirik. Həmin gün – 1918-ci il mayın 28-də – Gülüstan və Türkmənçay müqavilələrindən sonra müstəqilliyini itirən, yüz ildən artıq müstəmləkə şəraitində yaşayan, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan azadlığa çıxmışdır. 1918-ci il mayın 28-də “İstiqlal bəyannaməsi”ndə Azərbaycanın müstəqil dövlət olduğu elan edildi. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman-şərqində yaranmış ilk xalq-demokratik respublikası idi. Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır. Müstəqilliyə gedən yol böyük mübarizələrdən keçir. Onu qazanmaq və qoruyub saxlamaq qurban tələb edir. Əldə edilmiş bu azadlıq xalqımızın böyük mübarizəsinin , Məhəmməd Əmin Rəsulzadə başda olmaqla görkəmli ziyalılarımızın təfəkkürünün bəhrəsi idi. Müstəqilliyimizi qoruyub saxlamaq üçün ciddi tədbirlər görüldü. Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumət başçısı Fətəli xan Xoyski 1918-ci il mayın 30-da teleqrafla bütün dünya ölkələrinə Azərbaycanın müstəqil olması xəbərini elan etdi. İyun ayının 4-də qardaş Osmanlı dövləti ilə sülh və dostluq müqaviləsi bağlanaraq, Osmanlı dövlətindən hərbi yardım alındı. Beləliklə də 1918-ci il iyunun 26-da Azərbaycanın Milli Ordusu yaradıldı. Azərbaycan dili dövlət dili elan edildi. Üçrəngli – göy, qırmızı, yaşıl bayrağımız yaradıldı. Türk-müsəlman şərqində ilk dəfə bizim ölkəmizdə qadınlara seçib-seçilmək hüququ verildi. Xalqımızın savadlanması üçün məktəblər, yaşlılar üçün savad kursları, türk olmayan xalqlar üçün türk dilli kurslar açıldı. Məktəblər üçün dərsliklər yazılır, kitabxanalar açılır, onlarla qəzet və jurnal nəşr olunurdu.Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk Respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.
Sovet Rusiyası 1920-ci il aprelin 27-də 11-ci ordunu ölkəmizə yeridərək müstəqilliyimizə son qoydu.Onun süqutundan sonra Sovet imperiyasının 70 illik əsarəti dövrü başladı. Lakin xalqımız müstəqillik uğrunda mübarizəni davam etdirdi. Bu mübarizədə çoxlu şəhidlər verdik. 1991-ci ildə müstəqilliyimizi yenidən əldə etdik.Xalqımızın başına gəlmiş hadisələr, tarix bir daha göstərir ki, xalqın azadlıq əldə etməsilə iş qurtarmır. Xalq öz azadlığını və müstəqilliyini qoruyub saxlamağı bacarmalıdır. Bunun üçün də hər bir insan üzərinə düşən vətəndaş borcunu yerinə yetirməlidir.
27 May 2019-cu ildə Respublika Günü münasibətilə keçirilmiş rəsmi qəbulda Azərbaycan Respublikasının Prezident İlham Əliyev nitqi zamanı söyləmişdir.“Bizim qarşımızda bir çox vəzifələr dayanır.Ən önəmlisi ondan ibarətdir ki,Azərbaycan öz müstəqil siyasətini aparmalıdır.Xalqımız ancaq müstəqillik şəraitində inkişaf edə bilər.Biz əsrləroyu müstəqillikdən məhrum idik və öz seçimimizi edə bilmirdik.Bu gün biz xoşbəxtik ki,müstəqil ölkə kimi,azad xalq kimi yaşayırıq,taleyimiz öz əlimizdədir. Müstəqilliyimizin qorunması,möhkəmlənməsi ən vacib məsələlərdən biridir.1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı.Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyata keçirdik.Əminəm ki,müstəqillik yolunda bizim inkişafımız davamlı,uğurlu olacaq və Azərbaycan dövlət müstəqilliyi əbədi olacaqdır!”
Elsevər Umudov
YAP üzvü, Saatlı rayonu, Azadkənd kəndi
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-01-2025
18-01-2025
17-01-2025