Mobil versiya
Azərbaycan Prezidenti regionda yaranan yeni reallıqların dünya ictimaiyyətinə çatdırılması üçün bütün platformalardan məharətlə istifadə edir
Tarix: 26-05-2021 | Saat: 11:43
Bölmə:Media | çapa göndər

Azərbaycan Prezidenti regionda yaranan yeni reallıqların dünya ictimaiyyətinə çatdırılması üçün bütün platformalardan məharətlə istifadə edir



Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev parlaq Qələbəmizlə başa çatan Vətən müharibəsi günlərində olduğu kimi, indiki dövrdə də Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə dəqiq, məntiqli, faktlara söykənən çıxışları ilə çatdırır. Ermənistanın və havadarlarının ölkəmiz haqqında qarayaxma kampaniyalarının və təzyiq cəhdlərinin qarşısını qətiyyətlə alır. Xalqımızın beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında haqq savaşı apararaq, ərazi bütövlüyümüzü reallaşdırdığını bildirir.

Dövlət başçısının mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilən “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı tədbirdə çıxışı, həmçinin iştirakçıların suallarına dolğun cavabları da bu baxımdan mühüm önəm daşıyır.

Onu da vurğulamaq yerinə düşər ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Cənubi Qafqaz regionunda kəskin dəyişikliklərlə müşayiət olunan yeni vəziyyətin və tələb olunan yeni yanaşmaların ilk dəfə beynəlxalq diskussiyaya açması, Mərkəzin dünya liderlərini “Çatam Hauz” qaydalarına uyğun olaraq Qarabağla bağlı müzakirələrə cəlb etməsi bölgədə yaranan reallıqlar haqqında xarici ölkələrdə aydın, hərtərəfli təsəvvür yaradılması baxımında böyük əhəmiyyətə malikdir. Bu, eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin artıq Cənubi Qafqazda dialoq və inkişaf üçün beynəlxalq səviyyəli platforma kimi tanınmasından xəbər verir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi müzakirələrdə bir sıra mühüm məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Cənubi Qafqaz regionunun siyasi və iqtisadi aktuallığının durmadan artması, bölgədə inkişaf və əməkdaşlıq perspektivlərinin qlobal əhəmiyyət daşıması, burada fəal əməkdaşlıq və inteqrasiya mühitinin yaradılması, habelə qarşıdakı dövrdə yeni gündəlik əsasında layihələrin reallaşdırılması ilə bağlı fikir və mülahizələr gələcək səmərəli fəaliyyət proqramının hazırlanmasını şərtləndirib.

Müzakirələrdə dövlətimizin başçısı çıxış və suallara cavablarında Ermənistana mesajlarını da ünvanlayıb: “Biz istəsək də, istəməsək də qonşuyuq və yanaşı yaşamalıyıq və bir daha bu birgə yaşamanı öyrənməliyik. Bu, asan deyil. Burada emosiyalar var. Xüsusən də, Azərbaycan xalqı azad edilmiş torpaqlara səfərlər etdiyi zaman və tam yerlə-yeksan olunan yerləri görəndə ağır hisslər yaşayır. Azərbaycan əməkdaşlığa hazırdır. Otuz il ərzində əziyyət çəkmiş tərəf olmağımıza baxmayaraq, biz hazırıq və bunu dəfələrlə bəyan etmişik ki, səhifə çevrilsin və yeni fəsil başlasın, gələcək haqqında danışılsın, keçmiş haqqında danışılmasın. Ermənistan hökumətinin ən böyük səhvi və problemi ondan ibarətdir ki, onlar yalnız keçmiş haqqında danışırlar. Onlar gələcək haqqında düşünmürlər. Biz gələcək haqqında düşünürük”.

Prezident İlham Əliyev tədbirdəki çıxışı və suallara cavabları ilə bir sıra digər mühüm məsələlərə də aydınlıq gətirib. Məsələn, ölkəmizin Rusiya, ABŞ kimi dünyanın aparıcı dövlətləri ilə əməkdaşlığı, bu iki dövlətin arasında əlaqələrin ikitərəfli münasibətlərə təsiri, Azərbaycan-İsrail münasibətləri ilə bağlı fikirləri də böyük maraq doğurub. Ümumiyyətlə, Azərbaycan Prezidenti regionda yaranan yeni reallıqların dünya ictimaiyyətinə çatdırılması üçün bütün platformalardan məharətlə istifadə edir.

İftixar Hüseynov,
YAP Göygöl rayon təşkilatının Nəzarət-Təftiş komissiyasının sədri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə