Metro açılanda gediş haqqı artacaq? -  AÇIQLAMA
Tarix: 08-05-2021 | Saat: 17:49
Bölmə:Karusel / Media | çapa göndər
 
Bu gün sosial şəbəkələrdə qiymət artımı ilə bağlı məsələlərdən bəhs olunur. Məlumatlarda bir sərnişinin daşınmasına çəkilən xərcdən söhbət gedir. Metroda sərnişindaşıma bərpa olunanda, qiymətlərin 97 qəpik olacağı barədə yayılan məlumatlar tamamilə yanlışdır.
Bunu "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, hər bir sahədə olduğu kimi, metroda da proqnozlaşdırma var.
"Hesablanıb ki, əgər iyunun 1-də metro açılarsa və il ərzində təxminən 132 milyon sərnişin daşınarsa, bir sərnişinin daşınmasına çəkiləcək xərc 97 qəpik olacaq. 2019-cu ildə bir sərnişin 51 qəpiyə başa gəlib, sərnişin 30 qəpiyə daşınıb. 2020-ci ildə bir sərnişin 1 manat 54 qəpiyə başa gəlib, daşınıb 30 qəpiyə. 97 qəpik isə proqnozlaşdırılandır. Bəlkə metro iyunun 1-i açılmayacaq. Bəlkə açılacaq 132 milyon deyil, daha az və ya dah çox daşınacaq. Yəni qiymət faktiki daşınan sərnişinə görə bəlli olacaq. Amma qiymət artımı fərqli mövzudur. Maraqlanmaq istəyənlər üçün bildirim ki, hələlik Tarif Şurasına müraciət olunmayıb. Əsas vəzifə indi infrastrukturu qoruyub saxlamaqdır.
Metropolitençilərin işləmədiyini deyənlərə də deyim. Bu vəziyyətdə metropoliteni saxlamaq daha böyük zəhmətə, əziyyətə, səyə başa gəlir. Bütün güc, bilik, bacarıq məhz buna yönəlib. Bu gün metropolitençilər əvvəlkindən dah çox əziyyət çəkir, zəhmət qoyur. Tarif Şurasına müraciət edilərsə, bunu da ictimaiyyətə çəkinmədən açıqlamağa hazıram", - deyə qurum rəsmisi qeyd edib.(azvision.az)
aia.az
 
Məlumatlanmaq üçün Facebook səhifəmizi
  
Digər xəbərlər
 
	Xəbəri paylaş
	
 Digər xəbərlər
 31-10-2025
	
09:13 Türkiyədə zəlzələ olub   