AZ RU Mobil versiya
Abşeronda ruhanilər və ağsaqqallarla görüş keçirilib
Tarix: 07-05-2021 | Saat: 15:20
Bölmə:Aktual | çapa göndər

Abşeronda ruhanilər və ağsaqqallarla görüş keçirilib

Bu gün Abşeron Rayon İcra Hakimiyyətində rayonun bir neçə ruhanisi və ağsaqqalı ilə görüş keçirilib.

Görüşdə Azərbaycanın işğalçı Ermənistan üzərində qazandığı qələbədən danışan rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova deyib ki, igidlərimiz öz gücünü və hünərini döyüş meydanında göstərərək düşmənə ağır və sarsıldıcı zərbələr vurdu. Azərbaycanın öz torpaqlarını döyüşərək, düşməni təslim olmağa məcbur edərək azad etdiyini önə çəkən İ.Gülməmmədova deyib ki, II Qarabağ müharibəsindən sonra həm ermənilər, həm onları dəstəkləyən müəyyən dairələr, həm də bütün dünya ölkəmizin gücünü gördü. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, cəsarətli qərarları və iradəsi ilə Azərbaycanın qələbə əldə etdiyini vurğulayan başçı bildirib ki, şəhidlərin, qazilərin və ümumilikdə bütün hərbçilərimizin sayəsində torpaqlarımız işğaldan azad olundu.

Respublikamızda şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini vurğulayan İ.Gülməmmədova bu istiqamətdə “Yaşat” Fondunun gördüyü işlərdən danışıb.

Sonra rayon ərazisində görülən işlərdən, həyata keçirilən abadlıq-quruculuq tədbirləri haqqında geniş məlumat verən İ.Gülməmmədova qarşıda duran vəzifələr və həyata keçiriləcək layihələr barəsində ağsaqqalları məlumatlandırıb.

Tədbirin sonunda rahanilər və ağsaqqallar “Rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətlərinə görə” Fəxri Fərmanlarla təltif olunublar.

AIA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

662 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-06-2021