"Ermənistanın təslim olmaqdan başqa yolu qalmayıb"
Tarix: 21-04-2016 | Saat: 18:34
Bölmə:Siyasət | çapa göndər
Ermənistanda bir sıra təşkilatlar Dağlıq Qarabağın statusu barədə danışıqlara başlanılması üçün keçmiş muxtar vilayətin ətrafındakı bir sıra rayonlardan erməni ordusunun çıxarılmasının əleyhinə çıxıblar.
AIA.Az anspress-ə istinadən bildirir ki, bu cür bəyanat verən ilk siyasətçi "Daşnaksütyun" partiyasının "Hay dat" ofisindən Kiro Manoyan olub. Manoyan təşkilatın adından bunun yolverilməz olduğunu vurğulayıb. Daha sonra "Yeni Ermənistan" partiyasının lideri Jirayr Sefilyan bəyanat verərək ərazi güzəştinə razı olan hər bir siyasətçini məhkəməyə verməyə çağırıb.
Kazan sənədinin əsasında məhz Dağlıq Qarabağ ətrafında yerləşən rayonların Azərbaycanın nəzarətinə verilməsi durur.
Erməni mətbuatı bu iki siyasətçinin bəyanatını geniş işıqlandıraraq erməni milli fikrinin inikası kimi dəyərləndirib. Bu cür yanaşma münaqişənin dinc yolla, hətta Ermənistanın xeyrinə belə həll etməyə yol qoymur. Məsələ bundadır ki, son zamanlara kimi gündəmdə olan Madrid prinsipləri və hazırda daha çox danışılan Kazan sənədinin əsasında məhz Dağlıq Qarabağ ətrafında yerləşən rayonların Azərbaycanın nəzarətinə verilməsi durur.
Rusiyanın "Kommersant" qəzeti 2011-ci ildə Tatarıstan paytaxtı Kazanda o vaxt prezident olmuş Rusiyanın baş naziri Dmitri Medvedevin təşəbbüsü ilə keçirilmiş görüşdə Madrid prinsipləri əsasında müəyyən edilmiş "yol xəritəsinin" detallarını açıqlayıb. Qəzetin yazdığına görə, ilkin olaraq Ermənistan Dağlıq Qarbağ ətrafında yerləşən və 1992-1994-cü illərdə erməni ordusu tərəfindən işğal edilmiş əraziləri - Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Füzuli və Ağdam rayonlarını, həmçinin Laçın rayonunun 13 kəndini tərk etməlidir. Yalnız bundan sonra Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağın statusu barədə danışıqlar başlaya bilər.
"Ultimatumdan imtina edən hakimiyyəti bir-iki saat ərzində yıxarlar. Biz əsas tələbimizdən - Qarabağın müstəqilliyinin tanınması tələbindən əl çəkməyəcəyik".
"Kommersant"ın yazdığına görə, Ermənistan hökumətində həmin ərazilərin Azərbaycana qaytarılmasına razı olanlar da var, amma onlar əsas ultimatum şərti kimi Dağlıq Qarabağın Azərbaycan tərəfindən tanınmasını irəli sürürlər. Ermənistan hökumətindəki mənbə "Kommersant"a bildirib ki, heç bir hakimiyyət bu şərtdən imtina edə bilməz: "Ultimatumdan imtina edən hakimiyyəti bir-iki saat ərzində yıxarlar. Biz əsas tələbimizdən - Qarabağın müstəqilliyinin tanınması tələbindən əl çəkməyəcəyik".
Bu isə ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllindən başqa yolu olmadığı barədə açıqladıqları mövqelərə heç cür uyğun gəlmir. Bu fikri aprel döyüşləri günlərində Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra Almaniya kansleri Angela Merkel də vurğulamışdı. Bu nüanslar münaqişənin dinc yolla həlli üzrə istənilən vasitəçiliyin uğursuzluqla nəticələnə biləcəyini düşünməyə imkan verir: Ermənistan bu cür həllə razılaşmayacaq və qoşunlarını geri çıxarmağa razılıq verməyəcək.
Lakin Azərbaycan Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşı, politoloq Fikrət Sadıqov sayta müsahibəsində Ermənistanın başqa yolu olmadığını bildirir: "Həmsədr ölkələr, xüsusilə də Rusiya Ermənistanı Kazan prinsiplərinə məcbur edə bilərlər. Düzdür, Ermənistan hər vəchlə münaqişənin həllini uzatmağa çalışır. Amma aprel döyüşləri həmsədr ölkələri başa saldı ki, Azərbaycanın gözləmək fikri yoxdur".
Politoloqun sözlərinə görə, hazırda bu istiqamətdə işlər gedir və nizamlanma prosesi mərhələ-mərhələ irəliləyir: "Ermənistanın tabe olmaqdan başqa yolu yoxdur. Əks halda, Azərbaycan öz ərazilərini hərb yolu ilə azad edəcək. Münaqişənin həllinə vasitəçilik edən beynəlxalq qüvvələrin Azərbaycanın bu addımına xeyir-dua verməkdən başqa yolları qalmayacaq".
Təbii ki, Azərbaycan bu variantı heç cür diqqətdən kənarda saxlamamalıdır - öz ordusunu daha da modernləşdirməli, peşəkarların, xüsusi təyinatlıların sayını artırmalıdır ki, işğal olunmuş ərazilər minimum itki ilə geri qaytarılsın. Azərbaycan öz ərazilərini mərhələli şəkildə də nəzarətə götürə bilər. Məsələn, birinci addımda aran Qarabağını təhdid altında saxlayan Sərsəng SES və Kəlbəcər, həmçinin Fizuli, Cəbrayıl və Zəngilan raoynları işğaldan azad edil bilər. Bu da Ermənistanı sülhə vadar etməzsə, zərbə birbaşa Xocalı, Xankəndi və Şuşa istiqamətində olmalıdır.
AIA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024
10:16 Azərbaycanda matəmdir
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ