AZ RU Mobil versiya
Ulu Öndər Heydər Əliyevin siyasi kursu Azərbaycanın dayanıqlı inkişafının əsasıdır
Tarix: 04-05-2021 | Saat: 10:27
Bölmə:Manşet / Siyasət | çapa göndər

Ulu Öndər Heydər Əliyevin siyasi kursu Azərbaycanın dayanıqlı inkişafının əsasıdır


Tarixi proseslərin gedişinə həlledici təsir göstərə bilən şəxsiyyətlər olur. Onlar uğurlu fəaliyyətləri fədakar əməkləri və gördükləri işləri ilə öz adlarını mənsub olduqları xalqın yaddaşına əbədi həkk edir,tarixi şəxsiyyətlərə çevrilirlər. O xalq xosşbəxtdir ki, taleyinin həlledici məqamlarında meydana insanları ardınca aparacaq, hadisələrə güclü təsir göstərəcək övladları olur, bu mənada Azərbaycan xalqını xoşbəxt xalq hesab etmək olar.

Azərbaycanın yenidən dövlət müstəqilliyinə qovuşmaq imkanı XXəsrin 90-cı illərində yarandı. Lakin əsrin əvvəllərində baş verən hadisələrin demək olar ki,təkrarı baş verməyə başladı. Yenədə daxildəki çəkişmələr, hakimiyyət uğrunda amansız mübarizə, xaricdən təhditlər və ermənilər tərəfindən torpaqlarımızın işğalı eyni aqibətin yaşanacağına şübhə doğurmurdu. Artıq nəinki yenicə qazanılan dövlət müstəqilliyi, hətta Azərbaycanın bir dövlət kimi mövcudluğu belə,real təhlükə qarşısında idi. Azərbaycanda çox həssas və narahat ictimai siyasi vəziyyət yaranmışdı. Xalq daha əvvəlki qayda ilə yaşamaq, mərkəzin ədalətsiz və imperiya ambisiyalarından doğan hərəkətlərinə dözmək istəmirdi. Moskvanın ermənipərəst mövqeyi, torpaqlarımızın işğalına göz yumması, hətta bəzən sovet ordusu hissələrinin hərbi əməliyyatlarda ermənilər tərəfindən iştirakı insanları son dərəcədə hiddətləndirirdi. SSRİ-nin rəhbərliyi tərəfindən 20 Yanvar faciəsinin törədilməsi xalq tərəfindən Ə.Vəzirovun ölkədən qovulması ilə nəticələndi. Xocalı soyqırımından sonra isə A.Mütəllimov da hərbi təyyarəyə minərək sələfi kimi Moskvaya qaçdı. Bu ənənəni Ə.Elçibəy də davam etdirdi və əvvəlkilərdən fərqli olaraq Moskvaya yox, Kələkiyə qaçdı. Son anda azərbaycan xalqı müdrikliyini nümayiş etdirdi,üzünü sınanmış və sədaqətli oğlu Heydər Əliyevə tutdu. Ulu öndər xalqın bu çağırışına biganə qalmadı. Yenidən respublika rəhbərliyinə qayıdaraq bir neçə istiqamətdə yorulmadan çalışaraq ölkəni məhv olmadan, eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamasından xilas etdi.

Ulu Öndər Heydər Əliyev xalqın arzu və tələbi ilə ikinci dəfə dövlət rəhbərliyinə qayıtdıqdan sonra heç kəsin görə bilməyəcəyi işləri qısa zaman kəsiyində yerinə yetirdi. Müharibədə atəşkəsə nail olundu, qeyri-qanuni silahlı dəstələr zərəsizləşdirildi, xaos və anarxiyaya son qoyuldu, möhkəm və dönməz sabitlik yaradıldı, Azərbaycan ümumilli böhrandan çıxarıldı. Ölkəyə xaricdən və daxildən bəd niyyətli, məkrli əllərin uzandığı bir vaxtda qayda-qanun bərpa edildi, sabitlik və əmin-amanlıq yaratdı, islahatlar apardı, iqtisadi dönüşə və dirçəlişə nail oldu. Heydər Əliyev zəkası və əzmi, qətiyyət və iradəsi sayəsində az vaxtda Azərbaycan bir dövlət kimi məhvolmadan, böhran və xaosdan qurtula bildi.

Heydər Əliyev qısa müddətdə döyüşkən ordu yaratdı. Vaxtilə Ulu Öndərin təşkil etdiyi C.Naxçıvanski adına hərbi təmayüllü Liseyi bitirən və Sovetlər İttifaqının hərbi məktəblərində təhsil alan zabitlər ayrı-ayrı hərbi hissələrdə xidmətdən vətənə qayıtdılar. Ulu Öndərin çağrışı ilə orduya gələn yeni qüvvələr Horadizdə və Kəlbəcər istiqamətində düşmənə güclü zərbələr endirdilər. Güclü ordu yaradıcılığını görən ermənilər atəşkəs müqaviləsini imzalamağa məcbur oldular. Beləliklə, yeni ərazilərin işğalının qarşısı alındı. Eyni zamanda, ordu quruculuğu prosesi uğurla və səriştəli şəkildə davam etdirildi. Vahid Komandanlığa tabe olan və bir mərkəzdən idarə edilən ordu strukturu yaradılıdı. Müasir bilik və vərdişlərə yiyələnmiş zabit hazırlığı üçün yeni təhsil müəssisələri təşkil edildi, hərbi sahədə əməkdaşlığa dair yeni əlaqələr quruldu, torpaqlarımızı müdafiyəyə qadir yeni müasir ordu formalaşdırıldı. Heydər Əliyev əvvəlki iqtidarların heç birinin bacarmadığı bir işi reallaşdırdı, Azərbaycanın bütün dövrlərdə inkişafını təmin edən yeni neft strateqiyasını hazırladı. 20 sentyabr 1994-cü ildə dünyanın aparıcı dövlətlərinin iri neft şirkətləri ilə “Əsrin Müqaviləsi” neft kontraktı müstəqil Azərbaycanın iqtisadi inkişafına,yüksəlişinin təməlinə çevrildi. Ümummilli Liderimiz tərəfindən Böyük müdriklik və uzaqgörənliklə hazırlanan bu strategiya neft amilindən məharətli istifadənin klassik nümunəsinə çevrildi. Bu strategiya iqtisadiyyatı dirçəltməklə yanaşı, Azərbaycanın dünyaya inteqrasiyasında, beynəlxalq əlaqələrinin yaranmasında, inkişafında və möhkəmlənməsində mühüm rol oynadı

Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətləri saysız-hesabsızdır. Ən böyük xidmətlərindən biri Azərbaycanın müstəqilliyini əbədiliyə və dönməzliyə çevirən dövləti daim tərəqqi və inkişaf yolu ilə aparan,xalqın rifahının durmadan yüksəldilməsini təmin edən siyasi kursun davamçısının hazırlanmasıdır. Ulu öndər Heydər Əliyevin yaratdığı təməl və qoyduğu prinsiplər əsasında Prezident İlham Əliyev Azərbaycanı sürətli inkişaf yoluna çıxarmaqla bu siyasi kursun ən layiqli davamçısı olduğunu bütün dünyaya nümayiş etdirdi. Belə ki, Prezident İlham Əliyev ölkəyə rəhbərliyə başladığı ilk gündən - 2003- cü ilin oktyabrından daim Heydər Əliyev siaysi kursuna sədaqətini nümayiş etdirmiş, xalqın etimadını əməli fəaliyyəti ilə doğrultmuşdur. Xalqımız və müstəqil dövlətimiz üçün alternativsiz olan bu siyasi kurs Dövlət Başçısının uğurlu fəaliyyətinin başlıca amilinə çevrilmişdir.

Prezident İlham Əliyev inkişafın Azərbaycan modelini formalaşdırdı. Dünyanın qabaqcıl ölkələrinin təcrübəsini öyrənməklə Azərbaycanın tarixi-ənənələrinə, yerli imkanlarına və xüsusiyyətlərinə uyğun gələn yeni, daha müasir model hazırladı. Cənab İlham Əliyevin “ Düşünülmüş, sürətli və davamlı ” inkişaf konsepsiyasına əsaslanan bu model qısa dövr ərzində özünü doğrultdu. Ölkəmiz neçə illərdir ki, ümumi daxili məhsul istehsalının artım tempinə görə dünya birincilərindəndir. Son illər dünyanı bürüyən maliyyə və iqtisadi böhran inkişafın Azərbaycan modeli üçün əsl uğurlu sınaq oldu. Böhran ölkə iqtisadiyyatına ciddi ziyan vura bilmədi. Azərbaycan MDB məkanında birinci olaraq iqtisadi sahədə keçid dövrünü başa çatdıraraq düşünülmüş, sürətli və davamlı inkişaf yoluna düşdü.

Müstəqilliyin 30 ili ərzində ölkədə qazanılan uğur və nailiyyətlər bu kursun yaşarlığını və reallığını, xalqın istək və arzularını nailiyyətlərini gerçəkləşdirmə qabiliyyətini dönə-dönə təsdiq etmişdir. Bu il Azərbaycanda dövlət müstəqilliyinin bərpasının 30 illiyi təntənə ilə qeyd ediləcəkdir. Ümumilikdə 30 il müstəqilliyin möhkəmləndirilməsi, uğurlu islahatlar keçirilməsi, bazar iqtisadiyyatı prinsiplərinin bərpa olunması, ölkənin dünya birliyinə inteqrasiyası, Azərbaycanın iqtisadi və mənəvi cəhətdən yüksəlişi ilə əlamətdar oldu. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, uğurlu islahatların keçirilməsi, ölkənin dünya birliyinə inteqrasiyası, iqtisadi və mənəvi cəhətdən yüksəlişi və digər nailiyyətlər əldə olunmuşdur.Ulu Öndərin yaratdığı təməl və qoyduğu prinsiplər əsasında Prezident İlham Əliyev Azərbaycanı sürətli və davamlı inkişaf yoluna çıxarmaqla bu siyasi kursun ən layiqli davamçısı olduğunu bütün dünyaya nümayiş etdirdi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi, birlik, iradə, əzmkarlıq nümayiş etdirərək tarixi missiyasını yerinə yetirdi. Azərbaycan istəyinə nail oldu, ədaləti bərpa etdi, 44 gün ərzində parlaq qələbə qazanaraq, Ermənistanı məğlub etdi, işğala son qoyaraq şanlı tarixini yazdı.Azadlıq Meydanında Vətən Müharibəsində Qələbəyə həsr olunmuş Zəfər Paradında Prezident İlham Əliyev demişdir:“Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Mən demişəm ki, bizim hər birimiz bu işdə fəal olmalıyıq. Biz düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizi birlikdə bərpa edəcəyik. Bizim iradəmiz də var, imkanlarımız da vardır.”

Prezident İlham Əliyevin çoxşaxəli və səmərəli fəaliyyəti sayəsində həm ölkəmizdə, həm də onun yaxın və uzaq hüdudlarından kənarda hər kəs inanır ki, o, öz missiyasını həyata keçirməyin yollarını və vasitələrini bilir.Bu misiyanın həyata keçirilməsində bütün Azərbaycan xalqı Prezidenti dəstəkləyir,ona inanır və böyük ümidlər bəsləyirlər.



Lütvəli Şıxəliyev,
YAP Saatlı rayon təşkilatının sədri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi

5242 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2021
06-05-2021