Mobil versiya
Aqiyə Naxçıvanlı: Dövlətimizin başçısının nümayiş etdirdiyi dürüstlük və səmimilik ölkəmizdəki xalq-dövlət birliyinin əsasını təşkil edən ən vacib amillərdir
Tarix: 21-04-2021 | Saat: 21:22
Bölmə:Manşet / Siyasət / Seçilənlər-3 | çapa göndər

Aqiyə Naxçıvanlı: Dövlətimizin başçısının nümayiş etdirdiyi dürüstlük və səmimilik ölkəmizdəki xalq-dövlət birliyinin əsasını təşkil edən ən vacib amillərdir

Aprelin 20-də Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində həm yerli, həm də beynəlxalq ictimaiyyəti maraqlandıran bir çox məsələlər barədə ətraflı açıqlamalar verdi. Dövlətimizin başçısı hər zaman olduğu kimi, bu dəfə də açıq və birmənalı cavabları ilə Azərbaycanın bu və ya digər məsələ ilə bağlı konkret mövqeyini ortaya qoydu, ölkəmizin maraqlarının bütün hallarda prioritet olduğunu bir daha vurğuladı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.

Deputat Prezident İlham Əliyevin Hacıqabul rayonuna səfəri çərçivəsində bir sıra kənd təsərrüfatı və sənaye müəssisələrinin açılışında şəxsən iştirak etməsini həmin sahələrə göstərilən dövlət qayğısının təzahürü olduğunu vurğulayıb. Aqiyə Naxçıvanlı, həmçinin bildirib ki, bu gün Azərbaycanda digər istiqamətlərlə yanaşı, kənd təsərrüfatı sahəsində də uğurla aparılan islahatların tərkib hissəsi kimi, böyük aqroparkların yaradılması ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.

“Artıq bir neçə ildir ki, Azərbaycanda demək olar bütün sahələrdə əsaslı islahatlar həyata keçirilməkdədir. Birmənalı olaraq etiraf edilməlidir ki, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən, bir çox hallarda isə dövlətimizin başçımızın birbaşa müəllifi olduğu bu islahatlar bütün sahələrdə səmərəliliyini təsdiqləyib və artıq real müsbət nəticələr qazanılır. O cümlədən kənd təsərrüfatı sahəsində aparılan islahatların tərkib hissəsi kimi, artıq neçə müddətdir ki, respublikamızın müxtəlif bölgələrində böyük aqroparkların yaradılması təcrübəsi geniş tətbiq olunur. Bu layihələr sözsüz ki, ölkənin ərzaq təhlükəsizliyini təmin olunması baxımından əhəmiyyətli rol oynayırlar. Bu baxımdan Prezident İlham Əliyevin aprelin 20-də Hacıqabul rayonuna səfəri çərçivəsində “Azərsun Şamaxı Aqropark”ın açılışında, eləcə də “Agro Dairy” MMC-nin aqroparkının təqdimatında şəxsən iştirak etməsi kənd təsərrüfatının inkişafına göstərilən diqqətin və dövlət qayğısının ən yüksək səviyyədə olmasının bariz nümunəsidir”, - deyən deputat vurğulayıb ki, böyük aqroparkların yaradılması, həmçinin bölgələrdə işsizlik probleminin həlli baxımından da böyük önəm kəsb edir. Cəmi 77 min əhalisi olan Hacıqabul rayonunda yüzlərlə yerli sakin məhz iki aqroparkda çalışır. Ümumilikdə isə ölkə üzrə bütün aqroparklarda çalışan insanların sayı yeddi min nəfərdən çoxdur. Bu, kənd əhalisi üçün mühüm göstəricidir. Dövlətimiz bu yolla daxili istehsalı və qeyri-neft sektorunun inkişafını stimullaşdırır. Təsadüfi deyil ki, dövlətimizin başçısı artıq işğaldan azad olunmuş torpaqlarda, Qarabağda oxşar təsərrüfatların yaradılması ilə bağlı da öz tapşırıq və göstərişlərini verib.

İşğaldan azad olunmuş ərazilərin minalanması ilə bağlı xəritələrin Azərbaycan tərəfinə verilməməsini erməni faşizminin növbəti müharibə cinayəti olduğunu bildirən deputat deyib ki, xalqımıza qarşı törədilmiş bütün müharibə cinayətlərə görə həm Ermənistan, həm də ona havadarlıq edənlər beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. A.Naxçıvanlı Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı dediklərinin xalqımız üçün sonsuz fərəh mənbəyi olduğunu vurğulayaraq bildirib: “Məlum olduğu kimi, bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərdə artıq əsas infrastruktur layihələrinə start verib. Prezident İlham Əliyev Azərbaycan ictimaiyyətini bu barədə dəfələrlə məlumatlandırıb. Azad edilmiş ərazilərin elektrik təchizatı istiqamətində işlər böyük intensivliklə həyata keçirilir. Xətlər çəkilir, yeni yarımstansiyalar tikilir. Artıq Şuşa şəhəri elektrik enerjisi ilə tam təmin edilib və hazırda Daşkəsəndən Kəlbəcərə yeni ötürücü xətlər inşa olunur. Həmçinin yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər sürətlə gedir. İlk növbədə, Füzuli-Şuşa yolu, Zəfər yolunun çəkilişi davam edir. Yaxın gələcəkdə Horadiz-Zəngilan avtomobil yolunun təməli qoyulacaq. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarının tikintisi artıq başlamışdır və bununla paralel olaraq Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Yeri gəlmişkən, bu yolun sonda məhz Zəngəzur dəhlizinə qovuşmağı onun strateji əhəmiyyətini xüsusilə artırır. Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Azərbaycan Televiziyasına müsahibəsində Prezident İlham Əliyev xalqımıza bir daha fərəh hissləri yaşadaraq dedi ki, biz Zəngəzur dəhlizini Ermənistan bunu istəsə də, istəməsə də icra edəcəyik. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır. Lakin bütün bu işlərin daha sürətlə həyata keçməsi mümkün olduğu halda Ermənistanın növbəti hərbi cinayət əməlləri bu işlərin icrasını xeyli ləngidir. Məsələ bundadır ki, Ermənistan tərəfi hələ də Azərbaycana mina xəritələrini vermir, bundan imtina edir. Halbuki, dövlət başçımız onlarda belə xəritələrin olduğu barədə dəqiq məlumatın olduğunu demişdir. Ermənistan isə bu xəritələri verməməklə növbəti hərbi cinayət törətmiş olur. Müharibə başa çatandan sonra minalanmış ərazilərin xəritələri verilmədiyi üçün Azərbaycan tərəfdən 100-dən çox ancaq mülki vətəndaş yaralanıb və həlak olub. Ermənistan bütün bunlara görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidir”.

Sonda Aqiyə Naxçıvanlı Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi müsahibəsinə bir daha istinad edərək bildirib ki, dövlətimizin başçısının hər zaman nümayiş etdirdiyi dürüstlük və səmimilik bu gün ölkəmizdəki xalq-dövlət birliyinin əsasını təşkil edən ən vacib amillərdir. “Prezident İlham Əliyev hər zaman Azərbaycan xalqına cərəyan edən proseslər, baş verən hadisələr barədə ən doğru açıqlamaları verib, ən dəqiq məlumatları təqdim edib. Bu, dinc quruculuq dövründə də belə olub, Vətən müharibəsinin gedişi zamanında da. Məhz bu məqam ölkəmizdə formalaşmış xalq-dövlət birliyinin əsasını təşkil edən ən vacib amildir”, - deyə deputat vurğulayıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024