AZ RU Mobil versiya
Dünyada koronavirusla bağlı son vəziyyət
Tarix: 20-04-2021 | Saat: 09:00
Bölmə:Səhiyyə | çapa göndər

Dünyada koronavirusla bağlı son vəziyyət


Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 142 milyon 713 min 292 nəfərə çatıb.

aia.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 43 min 219 nəfərdir. İndiyədək 121 milyon 227 min 832 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 32 475 043 nəfər virusa yoluxub, 581 542 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 15 321 089 nəfərdə virus aşkar edilib. Xəstələrdən 180 550 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 13 977 713 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 375 049 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 296 222 yoluxma, 101 180 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Rusiyada 4 710 690 nəfər virusa yoluxub ki, onlardan 105 928-i ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

574 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2021
07-05-2021