AZ RU Mobil versiya
Ağsaqqallar Şurasını Ramiz Mehdiyev yönəldir? - Sədrdən iddialara cavab
Tarix: 19-04-2021 | Saat: 10:08
Bölmə:Manşet / Gündəm | çapa göndər

Ağsaqqallar Şurasını Ramiz Mehdiyev yönəldir? -

Azərbaycan Ağsaqqallar Şurasının Ramiz Mehdiyevə aid olduğu, bu qurumu onun yönəltdiyi barədə sosial şəbəkələrdə iddialar tez-tez yer alır.

aia.az xəbər verir ki, Ağsaqqallar Şurasının sədri Eldar Quliyev isə modern.az-a açıqlamasında bu iddianın tamamilə yanlış, həqiqətə uyğun olmadığını bildirib.

O, xatırladıb ki, qurumun əvvəlki rəhbərləri İman Mustafayev, Budaq Budaqov, Fəttah Heydərov kimi şəxslər olub.

“Burda hər zaman sayılıb-seçilən insanlar olub. Bu şuranın Ramiz Mehdiyevlə heç bir bağlılığı, əlaqəsi olmayıb. Bu, müstəqil təşkilatdır. Və biz bacardığımız qədər xalqımıza xidmət edirik. Bir çox şəhər və rayonlarda bizim görüşlərimiz təşkil olunur. Dövlət səviyyəsində bizə hər zaman dəstək göstərilir. Deyə bilərəm ki, Ağsaqqallar Şurasına çox böyük maraq var. Rayonlarda nüfuzlu yaşlı insanlar Şuraya qoşulurlar. Pandemiya mane olmasaydı, bu istiqamətdə daha böyük işlər görülərdi. Bizim işimiz xalqa xidmət, təcrübələrin bölüşdürülməsi, uzun illərdən dövrümüzə qədər gələn adət-ənənələri qoruyub saxlamaqdır”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

575 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2021
06-05-2021