Mobil versiya
Səfirin spirtli içkilər və siqaret sifarişi - Siyahı + Cavab
Tarix: 19-04-2016 | Saat: 16:36
Bölmə:Gündəm | çapa göndər

Səfirin spirtli içkilər və siqaret sifarişi - Siyahı + Cavab




Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov haqqında səslənən ittihamlara cavab verib.

Səfirin adından aia.azya daxil olan açıqlamada bildirilir ki, Avstraliyada nəşr olunan bir neçə qəzetdə Səfirlik və özü haqqında qərəzli məqalə dərc olunub. Səfir bildirib ki, beynəlxalq təcrübədə diplomatlar çalışdıqları öıkələrdə bir sira imtiyazlar, o cümlədən ticarət mərkəzləri və ictimai iaşə müəssisələrindən istifadə xidmətləri üçün vergidən azad olunduqlarını xatırladıb: “Bəzi ölkələrdə önləyici prosedurlara ehtiyac olmadan diplomatlar dükana birbaşa müraciət edib diplomatik vəsiqəni təqdim edərək, komüter sistemində səfirliyin və əmədaşların adlarının qarşısında göstərilən limitli həcmlər çərçivəsində lazım olan malları vergisiz qiymətlərlə əldə edə bilərlər.

Avstraliya Xarici İşlər və Ticarət departamentinin (nazirliyinin) internet səhifəsində yerləşdirilmiş Duty free mağazalarından istifadə qaydalarına əsasən hər hansı səfirlik və səfirliyin əməkdaşı həmin xidmətdən istifadə etmək üçün saytda yerləşdirilmiş kvotaya əsasən xüsusi formanı dolduraraq səfirliyin möhürü və rəhbərin imzasilə təsdiq olunmuş şəkildə Gömrük departamentinə təqdim etməlidir. Departament tərəfindən möhür və məsul şəxsin imzasilə təsdiq edilimiş forma-sənəd Duty free dükanına təqdim edildikdən sonra dükanın xidmətlərindən istifadə etmək olar.

Verilən kvota 6 ayı əhatə edir və bu müddətdən sonra prosedur təkrar olunmalıdır. Məqalədə müəlliflər provakasiya xarakteri daşıyan rəqəmlər vasitəsilə oxucuda səfirlik və əməkdaşların böyük həcmdə spirtli içki və siqaret istifadə etməsi təsəvvürü yaratmaq məqsədi güdmüşlər.

Səfirliyi məqalədə məqsədli şəkildə göstərildiyi kimi xaricdən spirtli içkilər gətirmək üçün xüsusi və əlahiddə formada Avstraliyanın heç bir dövlət qurumuna heç bir zaman müraciət etməyib. Əsas məsələ kvotalar çərçivəsində Duty free sisteminə göndərilmiş formadakı həcmlərlə faktik olaraq alınmış malların arasındakı fərq məqalədə qəsdən əks edilməyərək oxucunu, ictimai fikri yanlış istiqamətə yönəltmək, Səfirliyə qara yaxmaq, şər atmaq məqsədi daşıyır.

Səfirliyin rəsmi məqsədlər və əməkdaşların fərdi istifadəsi üçün alınmış mallara dair məqalədə göstərilmiş dövrü (22.12.2014 -- 22.06.12 2015) əhatə edən kvotada nəzərdə tutulmuş və faktik olaraq alınmış malların Duty free mağazasının rəsmi sənədləri əsasında tərtib etdiyimız yekun hesabatı aşağıdakı kimidir:

Spirtli içkilər - kvota 350 litr, faktiki istifadə - 208.5 (o cümlədən ölkəmizdən gətirilmiş 68.3 litr həcmində Azərbaycan konyakları), istifadə edilməmiş qalıq - 141.85 litr

Pivə - kvota 1200 litr, faktiki istifadə -36 litr, istifadə edilməmiş qalıq 1164 litr

Şampan və şərablar -kvota 400 litr, faktiki istifadə 5 litr, istifadə edilməmiş qalıq 395 litr
Kosmetik məhsullar - kvota 120 ədəd, faktiki istifadə 52 ədəd, istifadə edilməmiş qalıq 68 ədəd

Siqaret - kvota 27000 ədəd (135 blok), faktiki istifadə 13600 ədəd (68 blok), istifadə edilməmiş qalıq 13400 ədəd (67 blok).

Nəzərə alınmalıdır ki, qeyd olunan mallar 6 ay ərzində istifadə edilib. Bütün təsdiqedici sənədlər səfirlikdə mövcuddur və surətləri məlumat üçün Azərbaycan XİN-nə göndərilib.

Qəzetin baş redaktoruna müvafiq məktub göndərilərək, çap olunması və Səfirlikdən üzr istəməsi tələb olunub”.

Qeyd edək ki, Avstraliyanın nüfuzlu qəzetlərindən olan “The Age” məqaləsində bildirirdi ki, səfirlik Avstraliya hökumətinə müraciət edərək böyük miqdarda alkoqollu içkinin və siqaretin rüsumsuz gətirilməsinə icazə verilməsini xahiş edib. Belə ki, səfir və mühasib öz diplomatik statuslarından istifadə edərək hökumətdən 2000 litr pivə, 1100 litr çaxır, 520 litr spirt və 40000 siqaretin rüsum ödənilmədən ölkəyə gətirilməsinə icazə verilməsini xahiş ediblər.

Qəzet yazır ki, düzdür, diplomatlar yerli qanunlar çərçivəsində hərəkət ediblər. Belə ki, Avstraliya hökuməti diplomatik korpus üçün bu həcmdə alkoqollu içkinin və siqaretin rüsum ödənilmədən gətirilməsinə icazə verir. Amma eyni zamanda təəccübünü də gizlətmir ki, müsəlman ölkəsinin azsaylı diplomatik missiyasına bu qədər alkoqollu içki və siqaret nə üçün lazımdır?!



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024