Mobil versiya
Şəmsəddin Xanbabayev: “Azərbaycanın tarixi Qələbəsi parçalanmış Türk dünyasını yenidən birləşdirdi”
Tarix: 08-04-2021 | Saat: 14:47
Bölmə:Manşet / Seçki 2024 | çapa göndər

Şəmsəddin Xanbabayev: “Azərbaycanın tarixi Qələbəsi parçalanmış Türk dünyasını yenidən birləşdirdi”


“Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi müdrik və uzaqgörən xarici siyasətin əsas istiqamətlərindən biri də Türkdilli dövlətlər arasında birlik və həmrəyliyin gücləndirilməsidir. Həqiqətən də Azərbaycanın Tükdilli Dövlətlərin Əməkdaşlıq Şurasına rəhbərlik etdiyi dövrdə bu istiqamətdə böyük nailiyyətlərə imza atılmışdır. Xüsusən də cənab Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmiz bir vaxtlar Zəngəzur mahalının Azərbaycandan alınaraq Ermənistana verilməsilə coğrafi baxımdan parçalanmış Türk dünyasının yenidən birləşməsinə və daha da güclənməsinə səbəb oldu.”  Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xanbabayev deyib.
        
İlk növbədə Şəmsəddin Xanbabayev Azərbaycan otuz il ərzində öz ərazi bütövlüyünü sülh yolu ilə bərpa etmək üçün bütün mövcud imkanlardan istifadə etdiyini, lakin bəzi dünya güclərinin ardıcıl müdaxilələri nəticəsində münaqişənin sülh yolu ilə həllinin mümkünsüz olduğunu qeyd edərək bunları deyib: “30 ilə yaxın müddət ərzində erməni separatçıları Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi ərazilərini işğal altında saxladılar. Torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt edildi. Bir milyondan çox azərbaycanlı öz dədə-baba yurdlarından didərgin salındılar, qaçqın-köçkün həyatı yaşamaq məcburiyyətində qoyuldular. Bütün bu illər ərzində erməni qəsbkarları xalqımıza qarşı olmazın qanlı cinayətlər törətdilər. O cümlədən 1992-ci ildə törədilən Xocalı soyqırımı nəticəsində 106 qadın, 63 uşaq olmaqla 600-dən çox günahsız, dinc insan vəhşicəsinə qətlə yetirildi. Azərbaycanın işğal altında olan torpaqlarında erməni qəsbkarları bütün bu illər ərzində görünməmiş talançılıqla məşğul olub, ağlasığmaz vandalizm aktları həyata keçiriblər. Həmin torpaqlarda Azərbaycanın bütöv şəhərləri və kəndləri dağıdılıb, evlər viran qyulub, tarixi abidələrimiz dağıdılıb və talan edilib. Prezident İlham Əliyev bütün bunlar barədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının martın 31-də videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə təşkilata üzv dövlətlərin başçılarına bir daha ətraflı məlumat verərək qeyd etmişdir ki, Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar. Füzuli şəhəri işğaldan azad olunandan sonra bu şəhərdə bir salamat bina qalmamışdı ki, o binanın damında Azərbaycan bayrağı qaldırılsın. Ermənilər qəbiristanlıqları şumlayıblar, qəbirləri dağıdıblar, 60-dan çox məscidimizi dağıdıblar. Əlbəttə, beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini daim dəstəkləyiblər. Ancaq möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi, bu  dəstəyin praktiki həyatda o qədər də böyük əhəmiyyəti olmayıb. Çünki ermənilərin bütün dünyada olan havadarları Azərbaycanı işğal aktı ilə barışmağa, müvəqqəti itirilmiş ərazilərdən birdəfəlik imtina etdirməyə çalışırdılar. Buna görə də məsələ öz həllini tapmırdı. BMT Təhlükəsizlik Şurası – dünyanın ali beynəlxalq qurumu 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Bu qətnamələr 1993-cü ildə qəbul edilmişdir və icrasız qalmışdı. Məsələnin həlli ilə bağlı 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradıldı. Bu qurum 28 il ərzində fəaliyyət göstərsə də, heç bir nəticə hasil olmadı. Lakin Prezident İlham Əliyev tərəfindən bütün bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində gərgin və məqsədyönlü iş aparıldı. Nəticədə, ötən ilin sentyabr ayının 27-dən başlayaraq 44 gün davam edən Vətən müharibəsinin sonucu olaraq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu əldə etdiyi tarixi qələbəsi ilə şanlı tariximizin ən şərəfli səhifəsini yazdı. Otuz il müddətində işğal altında olan torpaqlarımız azad edildi. Müzəffər Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənitan təslim oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli Bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Əslində Ermənistan üçün bir kapitulyasiya aktı mahiyyəti daşıyan bu bəyanat böyük tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və əlbəttə ki, Azərbaycan xalqının sarsılmaz birliyi Ermənistanı bu sənədi imzalamağa məcbur etdi.”
        
Daha sonra Şəmsəddin Xanbabayev bildirib ki, Türk Şurasının Zirvə görüşü ölkəmizin gündən-günə artan beynəlxalq nüfuzunun daha bir göstəricisi oldu. Həmçinin müsahibimiz Azərbaycanın bu təşkilata sədrlik etdiyi dövrdə əldə olunan nailiyyətlərin böyük əhəmiyyətini vurğulayaraq bunları deyib: “Türk Şurasına üzv ölklərin dövlət başçıları Zirvə görüşündə Prezident İlham Əliyevə Vətən müharibəsində əldə olunmuş tarixi qələbə münasibətilə bir daha öz səmimi təbriklərini çatdırmaqla ölkələrinin Azərbaycanla həmrəy olduqlarını yenidən təsdiq etdilər. Məlumdur ki, Türki Şurası türkdilli ölkələr arasında daha sıx dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi və türk dünyası ilə digər ölkələr arasında sabit əlaqələrin qurulması baxımından son dərəcə böyük əhəmiyyət kəsb edən bir təşkilatdır. Son illər isə qurumun beynəlxalq nüfuzu daha yüksək dinamika ilə artmaqdadır. Bizim üçün xüsusilə qürurverici haldır ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi qələbə bu təşkilatın həm gücünü, həm də nüfuzunu daha çox artırmış oldu. Bu önəmli fakt Türk Şurasının Zirvə görüşündə dövlət başçılarının çıxışlarında da öz əksini tapdı. Qeyd olundu ki, Türk dünyası Azərbaycan ərazilərinin işğaldan azad olunması, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsilə daha da güclənib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də həmin Zirvə görüşündə etdiyi çıxışında bu məqamı xüsusi olaraq vurğulayaraq demişdir: “Vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq.” Beləliklə də Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək. Yaranmaqda olan yeni nəqliyyat dəhlisi ilə Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə, Orta Asiya Avropa ilə birləşəcək. Heç şübhəsiz Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbə bütün Türk dünyası üçün  tarixi önəm kəsb edən bir Zəfərdir.”
        
Öz fikirlərini davam etdirən Şəmsəddin Xanbabayev postmüharibə dövründə Azərbaycanın Cənubi Qafqazda yaratmış olduğu yeni reallıqların fonunda daha geniş inkişaf perspektivlərinə sahib olduğunu da vurğuladı. Müsahibimiz bunu da qeyd etdi ki, işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialını düzgün reallaşdırmaq baxımından Prezident İlham Əliyevin YAP-ın VII qurultayında təqdim etdiyi konsepsiyalar son dərəcə mühüm əhəmiyyət kəsb edir: “Azərbaycanın iqtisadi qüdrəti durmadan artır. Artıq neçə müddətdir ki, Cənubi Qafqazda ölkəmizin iştirakı olmadan reallaşan hər hansı bir layihə yoxdur. Bu gün isə Vətən müharibəsinin nəticələri olaraq Cənubi Qafqazda yaranmış yeni reallıqlar həm Azərbaycan üçün, həm də digər region ölkələri və qonşu dövlətlər üçün daha geniş inkişaf perspektivləri açır. Dövlət başçımızın dediyi kimi, biz bu reallıqları yaradan ölkəyik. Bundan əvvəlki dövrlərdə də Azərbaycanın təşəbbüslərilə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirib, əməkdaşlığın yeni formatlarını şərtləndirib. Azərbaycan dövlətinin uğurlu siyasəti regional enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı və bununla da həm bölgədə, həm də ümumilikdə Avrasiya məkanında yeni əməkdaşlıq formatları yarandı. Bu gün bir çox transmilli layihələr ətrafında birləşən və bu layihələri Azərbaycanla bərabər icra edən ölkələrin sayı durmadan artmaqdadır. Artıq hər kəs görür ki, regionda uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər yaradılmışdır. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində fəal iştirak edir və ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Təbii ki, özünün ərazi bütövlüyünü təmin etdikdən sonra Azərbaycanın həm iqtisadi, həm də siyasi imkanları daha da genişlənib. Əlbəttə ki, bu imkanlardan maksimal şəkildə yararlanaraq Azərbaycan daha qüdrətli bir dövlətə çevriləcək. Lakin bütün bunlara nail olmaq üçün ilk növbədə yaranmış imkanları düzgün reallaşdırmaq lazımdır. Məhz bu baxımdan Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən YAP-ın VII qurultayında təqdim olunan konsepsiyalar son dərəcə mühüm əhəmiyyət kəsb edir. Əslində möhtərəm dövlət başçımız qurultayda etdiyi çıxışında ölkəmizin postmüharibə dövrü üçün inkişaf proqramının əsas müddəalarını müəyyən etmiş oldu. İlk növbədə qeyd olundu ki, ölkədə son illər ərzində əldə olunmuş siyasi dialoq yeni dövrdə daha da dərinləşdirilməlidir. Çünki ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var. İqtisadi sahəyə gəldikdə, burada şəffaflığın və dürüstlüyün təmin olunması, inhisarlara son qoyulması yeni dövrün əsas tələb və şərtləri kimi önə çıxarıldı. Prezident İlham Əliyev ölkə iqtisadiyyatının bundan sonrakı inkişafının məhz bu əsaslar üzərində təmin olunmasının zəruriliyini vurğuladı.”

Abbas Abbasov
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2024