“Dəfə ilə faizin fərqini bilməyənlər növbəti təxribata can atırlar“
Tarix: 14-07-2015 | Saat: 12:58
Bölmə:İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər
Hakimiyyət-xalq birliyi qarşısında aciz duruma düşmüş ambisiyası bacarığından dəfələrlə yuxarı olan “siyasət adamları” son vaxtlar cəmiyyətə yalan informasiya ötürməyi özlərinə peşə seçiblər
Bu adamlar öz çirkin mübarizələrinin artıq son fazasına daxil olublar. İndi onlar müxtəlif xarici dairələrdən aldıqları təlimatları reallaşdırmaq məqsədilə ölkədə sosial-itisadi və bank-maliyyə müstəvisində baş verən elementar dəyişikliklərdən də maksimum “yaralanmağa” çalışır, özəl maliyyə qurumlarının dövrün tələblərinə uyğun atdığı addımları belə hökumətin gördüyü “anti-xalq” tədbiri kimi qələmə verir və bununla da xalqı növbəti dəfə aldatmağa cəhd edirlər. Burada siyasi işbazların çox “incə” hesablamaları var. Onlar gözəl bilirlər ki, sadə insanların heç də hamısı sosial-iqtisadi və bank-maliyyə sferasında baş verən prosesləri dərindən təhlil etmək imkanında deyil və bu səbəbdən bu proseslərin mahiyyətini mütəxəssis rəylərindən, araşdırma və təhlillərdən öyrənməyə üstünlük verirlər. Cəmiyyətə bütün digər təsir imkanlarını itirmiş siyasi işbazlar da bu məqamdan sui-istifadə edib, insanlara yalan informasiyalar ötürməyə çalışırlar. Bu adamlar bir-birnin ardınca heç bir iqtisadi qanuna, heç bir məntiqə uygun gəlməyən açıqlamalar, proqnozlar verir, mövcud vəziyyəti tamamilə təhrif edərək heç bir əsası olmayan “təhlillərlə” çıxış edirlər.
Götürək bu günlərdə bankların ABŞ dolları ilə qəbul etdikləri əmanətlərə görə ödənişlərin dərəcəsini 3-4% aşağı salmasını. Burada əsas məqsəd banklarda yerləşdirilən əmanətlərin manat – dollar nisbətini optimal həddə qədər tənzimləməkdən ibarətdir. Belə addımlar zərurət yarandıqda dünyanın hər bir ölkəsində atılır və hər kəs buna normal hal kimi baxır. Soruşuruq: Dünya bazarlarında neftin qiymətləri son bir ildə iki dəfəyə qədər aşağı düşübsə və əsasən bu səbəbdən bütün dünya ölkələrində maliyyə böhranı yaşanırsa, Azərbaycanın bank sistemi nə etməlidir? Yəqin bu dilletantlar düşünürlər ki, dünyada gedən proseslərin Azərbaycana təsiri olmamalı, hansı iqtisadi-maliyyə kataklizmlərinin baş verməsindən asılı olmayaraq ölkəmizin bank sistemi eyni qaydada idarə olmalıdır. Xeyir, zəruri tənzimləmə prosesləri dünyanın bütün ölkələrində aparılır. Bizdə isə az qala mikroskopla neqativ axtaranlar ən xırda dəyişiklikləri belə “sosial fəlakət” kimi qələmə verməyə çalışırlar. Görün faizlə dəfənin fərqinə varmayanlar nə yazırlar: “Banklar dollarla yerləşdirilən əmanətlərin illik faizini birdən - birə 3 - 4 dəfə aşağı saldılar. Yenə də, xalq itirəcək, banklar qazanacaq. İnsafsızlar! Xalqı qədim insanlar mamontları ovladığı kimi “ovlayıb”, son pullarını əlindən alırlar”. Cəmiyyətə bu böyüklükdə yalanı utanmadan necə ötürmək olar? Banklar dollarla olan əmanətlərə ödənilən faizləri 3-4 dəfə deyil, cəmisi 3-4% aşağı salıblar. (Bu gün də bir çox banklar ABŞ dollarında yatırılan əmanətlərə 12-13% ödəniş təklif edirlər. İstənilən bankın internet saytına daxil olub bunun belə olduğunu aydın görmək olar). Faizlə dəfə arasındakı fərqi müəyyən edə bilməyən partiya sədri, özünü cəmiyyətə “lider” kimi sırımağa cəhd edən biri bu savadla toplumu öz arxasınca necə apara bilər? Bu adamlar hansı ağılla, hansı üzlə “alternativ” kimi görünməyə çalışırlar, bax, bu anlaşılan deyil. Adama deyərlər ki, siz gedin əvvəlcə faizlə dəfənin fərqini öyrənin, heç olmasa elementar biliklərə yiyələnin, sonra gəlib daha böyük məsələlərdən söhbət açarsız. Əks halda primitiv düşüncə tərzi sizdən uzaq düşməyəcək və bütün məsələlərə aşağıdakı kimi dayaz yanaşacaqsız: “Dollarla əmanətlərin faizi ona görə 3-4 dəfə aşağı salınıb ki, növbəti devalvasiya qərarı veriləndə də hesabı xalq versin, bankların sahibinə ziyan dəyməsin”. Birincisi bu absurd və heç bir iqtisadi məntiqə sığmayan bir mülahizədir, boşboğazlıqdan başqa bir şey deyil. Bu “hesablamanı” iqtisadiyyat elminə ibtidai səviyyədə bələd olanlar belə ciddi qəbul edə bilməzlər. İkincisi, haradadır “növbəti devalvasiya”? Nə üçün xalqı aldadırsınız? Bu qədər riyakarlıq sizə nə verir axı? Azərbaycan manatının məzənnəsi onun güclü iqtisadiyyatına bağlıdır. Manatın bu ilin fevral ayında baş vermiş kəskin devalvasiyası isə Azərbaycan dövlətinin maliyyə-iqtisadi durumuna uyğun deyildi. Bu, təxribat idi və bunun kökündə sizlərin də ilin əvvəlindən mətbuat səhifələrində mütəmadi olaraq etdiyiniz əsassız çıxışlar və çağırışlar dayanır. Süni ajiotaj yaradıb insanları valyuta mübadiləsi məntəqələrinə istiqamətləndirməklə belə bir nəticənin ərsəyə gəlməsində aparıcı rol oynadınız. Lakin buna baxmayaraq manatın kəskin devalvasiyası Azərbaycanda əsas istehlak mallarının qiymətində ciddi bir dəyişikliyə səbəb olmadı. Çünkü Azərbaycan hökuməti yaranmış vəziyyətlə bağlı vaxtında təsirli tədbirlər görə bildi.
Bu gün manat özünün real dəyərinə uyğun səviyyədə dayanıb və lazım gələrsə onun hətta bir qədər möhkəmlətmək imkanları da mövcuddur. Manatın bu durumu Azərbaycan iqtisadiyyatının bugünkü vəziyyətindən qaynaqlanır. Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Azərbaycan Prezidenti son 6 ayın nəticələrini belə xarakterizə etdi: “Baxmayaraq ki, qonşuluqda iqtisadi vəziyyət hələ ki, o qədər də müsbətə doğru dəyişməyib, Azərbaycan iqtisadiyyatı inkişaf edir. Bax, indi gətirəcəyim rəqəmlər bunu göstərəcək və sübut edəcək ki, bu, doğrudan da tarixi nailiyyətdir. Beləliklə, 6 ayda iqtisadiyyat 5,7 faiz artmışdır. Bu, çox gözəl göstəricidir, ölkəmizin dinamik inkişafını sübut edir. Bundan da gözəl göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da biz 9,2 faiz artımı görürük. Yəni, bundan yuxarı nəticə ola bilməz. Sənaye istehsalı təxminən 4 faiz artmışdır. Qeyri-neft sənayesi 14 faizdən çox artmışdır. Bu da son illərdə sənayeləşmə, yeni sənaye zonalarının yaradılması ilə bağlı görülmüş işlərin, tədbirlərin nəticəsidir. Azərbaycanda inflyasiya aşağı səviyyədədir - 3,5 faiz. Əhalinin pul gəlirləri ənənəvi olaraq inflyasiyanı üstələyir və 6,2 faiz artmışdır. Kənd təsərrüfatı 7 faizdən çox artmışdır, daha doğrusu, 7,3 faiz. Bu da son illər ərzində ən yüksək artım tempidir. Bu da görülən işlərin nəticəsində mümkün olmuşdur. Ölkəmizə 6 ayda 12,7 milyard manat sərmayə qoyulmuşdur”.
Hesab edirik ki, Prezidentin söylədiyi və ölkə iqtisadiyyatının bugünkü reallıqlarını əks etdirən bu rəqəmlərin heç bir şərhə ehtiyacı yoxdur. Azərbaycan manatı isə bu real iqtisadi duruma söykənəklidir. Odur ki, indiki halda hansısa devalvasiyadan danışmaq növbəti təxribata can atmaqdır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024