Mobil versiya
“Prezidentin Şuşa səfəri bütün dünyaya növbəti mesajdır”
Tarix: 18-03-2021 | Saat: 12:41
Bölmə:Manşet / Siyasət / Seçilənlər-7 | çapa göndər

“Prezidentin Şuşa səfəri bütün dünyaya növbəti mesajdır”

Məşhur Məmmədov: “Hər belə səfər erməni cinayətlərinin ifşası, Azərbaycanın quruculuq siyasətinin təbliği baxımından mühüm əhəmiyyətə malikdir”

Məlum olduğu kimi, Prezident İlham Əliyev Şuşa şəhərinə növbəti dəfə səfər edib. Səfər əsnasında bir daha ermənilərin Şuşada törətdiyi vəhşiliklərə diqqət çəkən ölkə başçısı, Şuşanın dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəyini bildirib.

Moderator.az-a açıqlamasında ölkə başçısının Şuşa səfərinə münasibət bildirən millət vəkili Məşhur Məmmədov, bu səfərin də bundan öncəki səfərlər kimi mühüm önəm kəsb etdiyini vurğuladı:

“Təbii ki, Azərbaycanın mədəniyyət paytaxtına edilən bu səfər bütün aspektlərdən son dərəcə əhəmiyyətlidir. Ölkə başçısı işğaldan azad edilən hər bir rayona, hər bir şəhərə getməklə “Qarabağ Azərbaycandır və nida” şüarını bir daha təsdiq etmiş, bir daha xatırlatmış olur.

Novruz bayramının sonuncu çərşənbəsində belə bir səfərin reallaşması xüsusilə əlamətdar. Bu, xalqımızın işğaldan azad edilmiş dədə-baba torpaqlarına qayıdışı baxımından da bir mesajdır.

44 günlük Vətən müharibəsində ölkə başçısı Ali Baş Komandan kimi ordunun rəhbərliyini həyata keçirməklə yanaşı, diplomatik və media müstəvisində də ciddi addımlar atdı, Ermənistanın cinayətkar, işğalçı mahiyyətini konkret faktlarla sübut etdi.

Ölkə başçısı bu gün də eyni missiyanı həyata keçirməkdədir. Ali Baş Komandan işğaldan azad edilmiş şəhərlərimizə səfər əsnasında həm erməni vəhşiliyinə diqət çəkir, həm görülən işlərə nəzarət edir, həm də görüləcək işlər haqqında məlumat verir. Prezident Şuşa səfərində də qeyd etdi ki, ermənilər işğalda saxladıqları müddət ərzində bu şəhərdə heç nə tikməyib, heç bir abadlıq, quruculuq işi aparmayıblar. Azərbaycan isə Şuşanı erməni işğalından azad edən kimi orada bərpa işlərinə, quruculuq işlərinə start verib. Bununla bütün dünyaya mesaj verir ki, Şuşa, o cümlədə işğaldan azad edilən digər ərazilər bizim üçün sadəcə torpaq deyil. Bura bizim üçün vətəndir, tarixi yurddur və biz öz yurdumuzu, öz vətənimizi dirçəltmək, abadlaşdırmaq üçün əlimizdən gələni edəcəyik”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-05-2024