Mobil versiya
Əsgərlərimizə müasir tipli səyyar hamam hədiyyə olundu - FOTOLAR
Tarix: 15-03-2021 | Saat: 15:47
Bölmə:Gündəm / Seçilənlər-8 | çapa göndər

Əsgərlərimizə müasir tipli səyyar hamam hədiyyə olundu


“AZ Build Servic” MMC – hərbçilərimizin məişət şəraiti hər zaman yüksək səviyyədə olsun


Məlum olduğu kimi, Ölkə Prezidnti cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi son 17 ildə ölkəmizdə ordu quluculuğu məsələsi dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edilib. O cümlədən, şəxsi heyətin fiziki və texniki hazırlığı, ordu hissələrinin müasir silah və texnologiyalarla təchizatı kimi məsələlərlə yanaşı əsgər və zabitlərimizin məişət şəraitinin yaxşılaşdırılması məsələsi də hər zaman xüsusi diqqət mərkəzində saxlanılıb. Daimi dislokasiya məkanlarında inşa olunan hərbi hissələrdə şəxsi heyətin rahatlığı üçün tələb olunan bütün məişət strukturları ən yüksək səviyyədə təmin olunub.

Lakin bu da bir həqiqətdir ki, əsgəri xidmətin ən əsas özəlliklərindən biri də hərbi hissənin istənilən an daimi dislokasiya yerini tərk edərək hərbi-səhra vəziyyətinə keçə bilməsidir. Məhz bu vəziyyətdə hərbiçilərin məişət şəraitini yüksək səviyyədə saxlamaq əlbəttə ki, çox çətin, bəzən isə ümumiyyətlə mümkünsüz olur. Hərbi hissələrdə uzunmüddətli yürüşlər və yaxud da müharibə şəraiti üçün nəzərdə tutulmuş səyyar düşərgə mətbəxləri çoxdan mövcuddur. Bu gün isə artıq modul tipli özüdaşınan hamamlar da əsgərlərimizin xidmətinə verilir.

Əslində hər şey 44 günlük Vətən müharibəsinin gedişi zamanı başladı. Bu başlanğıcın əsasında isə Bakı şəhəri, Xətai Rayon İcra Hakimiyyəti rəhbərliyinin təşəbbüsü durmuş oldu. Təşəbbüs bundan ibarət idi ki, cəbhənin arxa hissələrində əsgərlərimiz bütün texniki və sanitar-gigiyenik tələblərə cavab verən hamamla təmin olunsunlar. Yaranmış ideyanı “AZ Build Servic” MMC həyata keçirməyi öz öhdəsinə götürdü. Həm də şirkətin direktoru Həzrət-Əli Temirov layihə ilə bağlı bütün məsrəflərin müəssisənin hesabından ödəniləcəyini bəyan etdi. Cəmi 20 gündən sonra isə səyyar hamam döyüşən hərbi hissələrdən birinə hədiyyə kimi təqdim olundu.



Qeyd edək ki, qısa müddətə hazırlanmasına baxmayaraq bu səyyar hamam həqiqətən belə bir qurğu üçün irəli sürülə biləcək bütün texniki və sanitar-gigiyenik tələblərə yüksək səviyyədə cavab verir. Mövcud modifikasiyada hamam 4 duş kabinəsinə və 1 sanitar qovşağına (tualet) malikdir. İstehsalçı əsgərlərin maksimum rahatlığını düşünərək hamamı avtonom istilik sistemi ilə də təmin edib. Kompleksə əlavə olunmuş dizel mühərriki hamamın elektrik təminatını həyata keçirir. Su ehtiyatı 1 tondur. Lakin hamam istənilən mənbəyə qoşula və həmin mənbədən ehtiyatını bərpa edə bilər. Həmçinin kompleks çox rahat və etibarlı şəkildə istənilən kanalizasiya sisteminə qoşulmaq üçün xüsusi vasitələrlə təchiz edilib.

“AZ Build Servic” MMC-nin istehsalı olan bu hamamın ən üstün cəhətlərindən biri isə onun məhz özüdaşınan olmasıdır. Belə ki, istehsalçının sözlərinə görə bundan əvvəl mövcud olan səyyar hamam komplekslərini bir yerdən başqa bir yerə daşımaq üçün ən azından qaldırıcı krana və xüsusi platformaya sahib olan yük maşınına ehtiyac olurdu. “AZ Build Servic” MMC isə öz istehsalı olan hamamı məxsusi olaraq təkərlərlə təmin edib. Daha dəqiq desək, modul tipli hamam özü xüsusi platforma üzərində quraşdırılaraq tam funksional bir avtomobil qoşqusunun bütün parametrlərinə sahib olub. O cümlədən qabarit işıqlarına, dayanma və dönmə xəbərdaredici işıq sisteminə malik olan səyyar hamamı daşımaq üçün onun sadəcə hər hansı yük avtomobilinin yedəyinə qoşmaq tələb olunur.

Bunu da qeyd edək ki, əldə etdiyimiz məlumata görə hərbi əməliyyatlar dövründə istifadə olunmuş səyyar hamam özünü etibarlı qurğu kimi nümayiş etdirib.

aia.az









Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024