AZ RU Mobil versiya
Aqiyə Naxçıvanlı: Yeni Azərbaycan Partiyası VII qurultayda qarşıya qoyulmuş yeni hədəflərə doğru inamla irəliləyir
Tarix: 10-03-2021 | Saat: 08:23
Bölmə:Manşet / Siyasət / Seçilənlər-3 | çapa göndər

Aqiyə Naxçıvanlı: Yeni Azərbaycan Partiyası VII qurultayda qarşıya qoyulmuş yeni hədəflərə doğru inamla irəliləyir

Prezident İlham Əliyev tərəfindən Yeni Azərbaycan Partiyasının VII qurultayında müəyyən edilmiş əsas konsepsiyalar ölkəmizin müharibədən sonrakı dövrdə daha sürətli inkişafını təmin edəcək. O cümlədən hakim partiyanın da fəaliyyətinin prioritet istiqamətləri məhz bu məqsədlərin əldə olunmasına yönəldilib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.

Deputatın sözlərinə görə, YAP-ın VII qurultayı Azərbaycan torpaqlarının işğal altında qaldığı dövrün bitməsini şərtləndirən proses və hadisələrin obyektiv təhlili, həmçinin bu dövr ərzində əldə olunmuş bir çox uğur və nailiyyətlərimizin düzgün qiymətləndirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VII qurultayında çıxışında vurğuladığı kimi, son üç il ölkəmiz üçün bir çox məqamlarla bağlı həlledici dövr olmuşdur. Təbii ki, bu müddət ərzində Azərbaycanın həyatında baş verən hadisələr arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin əldə olunmasıdır. Azərbaycan bu Qələbəsi ilə öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Hər birimiz şahidik ki, son 17 il ərzində dövlətimizin başçısı münaqişə ilə bağlı bütün çıxışlarımda deyirdim ki, heç vaxt Azərbaycan xalqı bu işğalla barışmayacaq və heç vaxt imkan verməyəcək ki, öz tarixi torpaqlarında ikinci erməni dövləti yaradılsın. Uzun illər ərzində beynəlxalq vasitəçilər, demək olar, bütün aparıcı beynəlxalq təşkilatlar deyirdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Lakin Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev isə dəfələrlə demişdi ki, əgər bu məsələ sülh yolu ilə öz həllini tapmasa, biz bu məsələni hərbi yolla həll edəcəyik və belə də oldu. Əldə olunmuş tarixi Qələbə dövlətimizin başçısının güclü iradəsini, xalqımızın böyük əzmini və Azərbaycan dövlətinin gücünü bütün dünyaya nümayiş etdirdi. Ancaq bu möhtəşəm tarixi Zəfər gününə qədər ölkəmizdə bu Qələbəni şərtləndirən bir çox proseslər, o cümlədən zəruri hazırlıq işləri həyata keçirilmiş, mühüm hadisələr baş verib. Həmçinin Yeni Azərbaycan Partiyasının VI qurultayından keçən 3 il ərzində ölkəmizdə prezident və parlament seçkiləri keçirilib. Əlbəttə ki, bu seçkilərin ölkəmizin ictimai-siyasi həyatında müstəsna yeri var. Belə ki, məhz bu seçkilərdən sonra ölkəmiz yeni siyasi islahatlar mərhələsinə qədəm qoydu. Etiraf olunmalıdır ki, son illər Azərbaycanda bütün sahələrdə əldə olunmuş uğur və nailiyyətlərdə bu islahatların böyük rolu var. O cümlədən 2020-ci ilin fevral ayında Azərbaycanda keçirilmiş parlament seçkiləri ölkəmizdə demokratiya istiqamətində atılmış növbəti ciddi addım oldu. İlk dəfə olaraq parlamentin sədr müavini müxalifət partiyasının nümayəndəsi seçildi. Eyni zamanda, ilk dəfə olaraq parlament komitələrinin sədr və müavin vəzifələrinə müxalifət nümayəndələri seçildilər. Bu, Prezident İlham Əliyevin ölkə idarəçiliyinə gətirdiyi yeni siyasi mədəniyyətin təzahürü, bütün siyasi qüvvələr arasındakı əməkdaşlığa yönəlmiş ciddi bir addım idi. Həmçinin keçən il partiyaların böyük əksəriyyəti dövlət başçısının təşəbbüsünə müsbət cavab verərək, siyasi dialoqa qoşuldular. Ölkə Prezidentinin dediyi kimi, müharibədən əvvəl artıq ölkəmizdə yeni, müsbət bir siyasi iqlim yaranmışdı. Bu vəziyyət isə əlbəttə ki, hərbi əməliyyatların aparıldığı dövrdə ölkədə sabitlik və siyasi həmrəyliyin təmin olunması baxımından son dərəcə mühüm amil kimi çıxış etdi. Ümumilikdə isə, əgər biz son 17 ildə ölkəmizdə gedən proseslərə xronoloji ardıcıllıqla nəzər salsaq görərik ki, bütün bu illər ərzində Azərbaycan Prezidenti tərəfindən qarşıya konkret hədəflər qoyulurdu, hədəflər düzgün müəyyən edilirdi, ölkə bu hədəflərə çatırdı və ondan sonra qarşıya yeni hədəflər qoyulurdu. Beləliklə, həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişafı təmin edildi, beynəlxalq aləmdə Azərbaycan çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrildi və əsas məsələ - ölkəmizin ərazi bütövlüyünün bərpası təmin olundu.

Yeni Azərbaycan Partiyasının VII qurultayında Prezident İlham Əliyev tərəfindən ölkəmizin bundan sonrakı dövr üçün müəyyənləşdirilmiş əsas inkişaf perspektivlərinin, əslində, tam bir konsepsiya olduğunu vurğulayan Aqiyə Naxçıvanlı deyib: “Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsi ilə Cənubi Qafqazda yeni reallıqlar yaratdı və bu reallıqlar bütün region ölkələrinin qarşısında tamamilə yeni inkişaf perspektivləri açır. Təbii ki, Azərbaycan bu imkanlardan ən çox yararlanmaq haqqına sahib olan dövlətdir. Bundan əvvəlki dövrlərdə də Azərbaycanın təşəbbüsü ilə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirib, əməkdaşlığın yeni formatlarını şərtləndirib. Prezident İlham Əliyevin yürütdüyü uğurlu enerji siyasəti, nəqliyyat siyasəti nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı. Bu gün bu layihələr ətrafında birləşən və bu layihələri ölkəmizlə bərabər icra edən dövlətlərin sayı artmaqdadır. Bütün bu və digər məqamlar artıq Azərbaycanın tamamilə yeni bir inkişaf dövrünə qədəm qoyması üçün müvafiq imkanlar yaradıb. Dövlətimizin başçısının öz çıxışında qeyd etdiyi əsas prioritetlər də ölkənin bu imkanlardan maksimum yararlanması üçün həyata keçirilməsi zəruri olan əsas konsepsiyalardır. Belə ki, ilk növbədə, biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Vurğulamaq lazımdır ki, artıq 6 müstəqil siyasi partiyanın Yeni Azərbaycan Partiyası ilə birləşməsi də ölkədə siyasi həmrəyliyin kifayət qədər güclü olduğuna dəlalət edir. İqtisadi sahədə qarşıya qoyulan əsas hədəflər şəffaflıq və dürüstlüyün daha da gücləndirilməsi və inhisarlara son qoymaqdır. Nəhayət, xarici siyasətlə bağlı dövlətimizin kursu dəyişməz olaraq qalır. Xüsusi olaraq qeyd etmək istərdim ki, bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən həm daxili, həm də xarici siyasət kursu yeganə düzgün kursdur və İkinci Qarabağ müharibəsinin nəticələri bu fikri təsdiqləyən ən tutarlı dəlildir. Məhz bu tarixi Qələbə sayəsində biz hamımız bundan sonra qalib dövlətin vətəndaşları olaraq məğrur bir xalq kimi yaşayacağıq. Yeni Azərbaycan Partiyası isə VII qurultayda Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş yeni hədəflərə doğru xalqın mübariz avanqardı olaraq inamla irəliləyəcək”.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

8525 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2021
16-04-2021