Mobil versiya
Elçin Əsədov: “Yeni reallıqlar yaradıcı əməkdaşlıq üçün geniş perspektivlər açır”
Tarix: 02-03-2021 | Saat: 17:00
Bölmə:Siyasət | çapa göndər

Elçin Əsədov: “Yeni reallıqlar yaradıcı əməkdaşlıq üçün geniş perspektivlər açır”

“Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün fevralın 26-da keçirdiyi mətbuat konfransında Ermənistanın revanşist əhval-ruhiyəli dairələrini hələ də dəstəkləmək niyyətində olan bəzi qüvvələrə xəbərdarlıq mesajları göndərməklə yanaşı, yaradıcı əməkdaşlığa hazır olan hər kəs üçün Cənubi Qafqazda Azərbaycanın yaratdığı yeni reallıqlardan doğan imkanlardan yararlanmaq dəvətini də səsləndirdi.” Bu sözləri saytımıza verdiyi açıqlamasında Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının İdarə Heyətinin üzvü Elçin Əsədov deyib. Dövlət başçısının keçirdiyi mətbuat konfransının Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdığını vurğulayan Elçin Əsədov qeyd edib ki, Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni reallıqlar bütün region ölklərinə yeni inkişaf perspektivləri vəd edir: “Bu gün ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində həlledici mövqelərdən birinə sahib olması danılmaz faktdlr. Cənub Qaz Dəhlizinin istifadəyə verilməsilə Azərbaycan eyni zamanda həm öz torpaqlarını işğaldan qurtarmaq uğrunda müharibə aparmaq, həm də mühüm beynəlxalq layihənin icrasından irəli gələn vəzifələrini uğurla yerinə yetirmək gücünə sahib olan bir dövlət olduğunu bütün dünyaya nümayiş etdirdi. Birmənalı olaraq deməliyik ki, bu çox ciddi bir nailiyyətdir və onun əldə olunması Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin növbəti təntənəsi kimi dəyərləndirilməlidir. Artıq Azərbaycanın iştirakı olmadan bu regionda heç bir əhəmiyyətli beynəlxalq layihənin həyata keçirilməsinin mümkün olmadığını bütün ölkələr bir həqiqət kimi qəbul edirlər. Avropanın enerji təhlükəsizliyinin təminatı birbaşa Cənubi Qafqaz regionunda sülhün, sabitliyin təminatından asılıdır. Bu təminatı isə yalnız regionun lider dövləti olaraq Azərbaycan verə bilər. Ölkəmiz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz ərazi bütövlüyünü bərpa etməklə regionda hərbi siyasi vəziyytəi nəzarətdə saxlamaq gücündə olduğunu bütün dünyaya nümayiş etdirdi. Artıq Cənubi Qafqazda yeni reallıqlar yaranıb ki, bunun da müəllifi Azərbaycandır. Bunu qəbul etmək, bununla hesablaşmaq istəməyən bütün digər qüvvələr isə bu mövqelərindən yalnız zərər görə bilərlər. Çünki Azərbaycanın yaratdığı yeni reallıqlar bütün region ölkələrinə iqtisadi inkişaf baxımından geniş imkanlar vəd edir. Azərbaycan Prezidenti dəfələrlə deyib ki, biz yeni reallıqlar fonunda yaradılan əməkdaşlıq formatlarının coğrafiyasının genişləndirilməsinin tərəfdarıyıq. Məlumdur ki, Azərbaycan Türkiyə, Rusiya və İran arasıında aparılan fikir mübadilələri də bu ölkələrin eyni mövqedə olduğunu göstərir. Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında xarici media orqanları vasitəsilə bir daha Ermənistana belə bir aydın mesajı çatdırdı ki, Ermənistanda da əgər bu məsələ ilə bağlı eyni yanaşma olarsa, gedən proseslərin tərkib hissəsi ola bilər. Amma bunun üçün zəruri və vacib şərtlərdən biri qonşu ölkənin revanşist baxışlardan çəkilməsi və Azərbaycana qarşı təxribatlara son qoymasıdır.”
Elçin Əsədov öz fikrini davam etdirərək belə bir məqamı da xüsusilə vurğulayıb ki, istənilən bir ölkənin, xüsusən də Ermənistanın hər hansı mövqeyi Azərbaycanın inkişaf yolunda irəliləməsini əngəlləyə bilməz. Çünki mövcud vəziyyətdə nə iqtisadi və hərbi gücü, nə də beynəlxalq nüfuzu və etibarlılığı baxımından Azərbaycan və Ermənistan qətiyyən müqayisə edilə biləcək dövlətlər deyillər: “Bildiyiniz kimi, keçirilmiş mətbuat konfransında dövlət başçısına ünvanlanan suallar arasında Ermənistan tərəfindən 10 noyabr Bəyanatının tələblərinin necə icra olunduğuna dair suallar da tez-tez səsləndırılırdı. Bu da təbii haldır. Çünki Ermənistan artıq beynəlxalq ictimaiyyət tərəfindən də öz öhdəliklərinə əməl etməkdən boyun qaçıra biləcək qədər etibarsız dövlət kimi tanınır. Təbii ki, Ermənistan nə iqtisadi və hərbi gücü, nə də beynəlxalq nüfuzu və etibarlılığı baxımından Azərbaycanla müqayisə edilə biləcək bir durumda deyil. 10 noyabr Üçtərəfli Bəyanatından irəli gələn öhdəliklərin icrasına gəlincə isə, Ermənistan bunu etməyə sadəcə məcburdur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, 10 noyabr Bəyanatının icrasına mane olmaq cəhdləri bu ölkə üçün çox zərərverici olacaqdır. Bu, onlar üçün sui-qəsd olacaqdır, vəziyyət bundan da qat-qat pis olacaqdır. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra artıq bütün Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratmışdır. Bu yeni reallıqların münbit fonunda açılan imkanlardan bütün region dövlətləri və qonşu ölkələr öz firavan gələcəklərini qurmaq və iqtisadiyyatlarını daha da inkişaf etdirmək üçün yararlana bilərlər. Həmçinin Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında xarici media orqanları vasitəsilə Ermənistana da belə bir aydın mesajı çatdırdı ki, əgər bu ölkədə də bu məsələlərlə bağlı eyni yanaşma olarsa, onlar da gedən proseslərin tərkib hissəsi ola bilərlər. Əlbəttə ki, belə bir təklif bu gün xaos içərisində çabalayan Ermənistan üçün göydəndüşmə bir fürsətdir və əgər erməni xalqı düşdüyü səfalət və rəzalət bataqlığından çıxmaq istəyirsə bu fürsəti lazımınca dəyərləndirməyə cəhd etməlidir.”

Abbas Abbasov
Elburus Bağırov

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024