Mobil versiya
Məşhur Məmmədov: "Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş, regionda lider dövlətdir"
Tarix: 22-02-2021 | Saat: 12:26
Bölmə:Manşet / Siyasət / Seçilənlər-7 | çapa göndər

Məşhur Məmmədov: "Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş, regionda lider dövlətdir"

"Sevindirici haldır ki, bu gün Azərbaycan qalib ölkə kimi dünya dövlətləri tərəfindən qəbul edilməklə yanaşı, həmçinin qonşu dövlətlərlə monolit birliyə və əməkdaşlığa malikdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafı, iqtisadi potensialının güclənməsi, həyata keçirilən müstəqil xarici siyasət ölkəmizin nüfuzunun yüksəlməsini, beynəlxalq aləmə daha sıx inteqrasiyasını, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsini təmin edib. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət diplmatik siyasətinin reallığıdır". Bu fikirləri "SƏS" qəzetinə açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov deyib.

M.Məmmədov, xüsusi olaraq bildirib ki, ölkəmizlə əməkdaşlığın və tərfdaşlığın getdikcə möhkəmlənməsinə Türkiyə kimi güclü qardaş dövlətin - Ulu Öndər Heydər Əliyevin dediyi kimi, "Bir millət, iki dövlət" tezisinə əsaslanaraq yanında olması və onun atdığı istənilən addımı müdafiə etməsi, bir sözlə, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətləri dayanmadan inkişaf edir, əməkdaşlığın yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir: "Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət diplmatik siyasətinin reallığıdır. Məhz İkinci Vətən Müharibəsinin 44 gün ərzində 30 il işğalçı Ermənistandan azad olunan torpaqlarımız müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın dövlət başçısına olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması və onun atdığı istənilən addımı müdafiə etməsi, həmçinin dost Pakistan dövlətinin ölkəmizə kömək etməyə hazır olduğunu bəyan etməsi, həmçinin qonşu dövlətlər - Rusiya, İran və Gürcüstanın və digər tərəfdaş dövlətlərin haqq işimizi müdafiə etməsi, həmçinin, bir çox dövlətlər, beynəlxalq təşkilatlar Ali Baş Komandanımız, Prezident İlham Əliyevin son 17 illik Prezidentlik fəaliyyəti dövründə həyata keçirilən xarici siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan, haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası yolunda, Güclü Orduya, iqtisadi gücə malik olan ölkə kimi tanınır, sözünə etibar olunur. Və bunun nəticəsidir ki, Azərbaycanın dünyadakı dostlarının sayı artmaqdadır həmçinin, beynəlxalq təşkilatlarda fəaliyyəti çox müsbətdir. Azərbaycanın mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməklə bu sahədə geniş təcrübəyə malik bir dövlətdir".

M.Məmmədov onu da vurğulayıb ki, artıq tariximizin yeni səhifəsinə qədəm qoyuruq: "Prezident İlham Əliyev görüşlərində də bir daha bildirib ki, artıq tariximizin yeni səhifəsi başlayıb: «İndi tariximizin yeni səhifəsidir. Azərbaycan azad edilmiş ərazilərdə həyatı bərpa etmək üçün zəruri olan bütün tədbirləri görəcək. Bu, asan olmayacaq, çünki hər şey məhv edilib və işğaldan azad olunmuş əraziləri ziyarət etdikdə biz hər şeyin dağıldığını müşahidə edə bilərik. Bütün binalar, zavodlar, tarixi abidələr, sosial infrastruktur yerlə-yeksan edilib",-deyən dövlət başçısı bildirib ki, məhz buna görə də hər şeyə sıfırdan etməli olacağıq".

"Bizim siyasətimiz ondan ibarətdir ki, ölkəmizi modernləşdirək, ölkəyə ən qabaqcıl texnologiyaları gətirək". Bəli, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun artmasının əsas səbəblərindən biri də "Ən islahatçı ölkə" imici qazanmasıdır. Dünya Bankının "Doing Business 2020" hesabatına görə Azərbaycan ötən ildə olduğu kimi bu il də 20 ən islahatçı ölkələrin sırasında yer alması icmalının təqdimatında qeyd edilmişdi ki, son bir il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uğurlu islahatlar həyata keçirilib. Bu məsələ ilə bağlı Prezident İlham Əliyev demişdir: "Bizim siyasətimiz ondan ibarətdir ki, ölkəmizi modernləşdirək, ölkəyə ən qabaqcıl texnologiyaları gətirək. Azərbaycanda bütün iqtisadi və sənaye sahələrində ən qabaqcıl təcrübə tətbiq olunmalıdır, peşəkar kadrlar hazırlanmalıdır. Ölkəmiz uğurla inkişaf etməkdə davam edəcəkdir. Bizim təbii resurslarımız var, iqtisadi siyasətimiz var və bu, uğurlu siyasətdir. Beynəlxalq maliyyə qurumları Azərbaycanda bu sahədə aparılan işlərə çox yüksək qiymət verirlər. Yəni bu, həqiqəti əks etdirən qiymətdir və beləliklə, biz ölkəmizin uzunmüddətli inkişaf strategiyasını təmin edəcəyik".

"Ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu artıran digər səbəb isə, elektrik enerjisinin əlçatanlıq əmsalına görə Davos Ümumdünya İqtisadi Forumunun hesabatına istinadən Azərbaycan dünyada ikinci yerdə olması, eyni zamanda, bir sıra ölkələrin enerji təchizatçısıdır. Asiya və Avropa qitələri arasında körpü rolu oynayan Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə kimi bir sıra regional nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır. Bir sözlə, bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində güclü ölkə olması, nüfuzunun ilbəil artması tanınmış ictimai-siyasi xadimlər tətəfindən də etiraf olunur. Artıq Azərbaycan dünyada qalib, öz haqq işi uğrunda sona qədər mübarizə aparan ədalətli dövlət kimi qəbul olunur. Regionun lider dövləti kimi, baş verən istənilən məsələ ilə əlaqədar ölkəmizin maraqları nəzərə alınır. Dünyanın başı üzərini koronavirus pandemiyası alan zaman dövlət başçımızın təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının təmas qrupu formatında videokonfrans şəklində COVID-19 pandemiyasına həsr olunmuş zirvə görüşlərinin keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir. Əslində, Azərbaycan bu təşəbbüslə çıxış edib problemi qlobal səviyyədə müzakirəyə çıxarmaqla bir daha dünya üçün nümunə oldu. Bu, möhtərəm Prezidentimizin beynəlxalq miqyasda xüsusi liderlik qabiliyyətinə malik şəxsiyyət kimi qəbul olunduğunu, ölkəmizin dünya birliyində reytinqinin getdikcə yüksəldiyini bir daha təsdiqlədi. Azərbaycanın beynəlxalq aləmdə nüfuzun qazanılması qalib ölkənin fateh sərkərdəsi – Azərbaycan Prezidentinin apardığı uğurlu xarici siyasətin nəticəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Bu gün Azərbaycan öz gücünə arxayın olan, bütün tərəfdaşlar ilə münasibətləri qarşılıqlı hörmət və ehtiram prinsipləri əsasında qurmağa çalışan, dinamik inkişaf edən gənc və eyni zamanda təcrübəli bir regional amildir".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024