AZ RU Mobil versiya
Yerə futbol stadionu ölçüsündə asteroid yaxınlaşır
Tarix: 22-02-2021 | Saat: 11:20
Bölmə:Manşet / Dünya | çapa göndər

Yerə futbol stadionu ölçüsündə asteroid yaxınlaşır


Fevralın 22-də Yerin yaxınlığından futbol stadionu ölçüsündə asteroidin keçməsi gözlənilir.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Milli Aerokosmik Agentliyi (NASA) bildirib.

Qeyd olunub ki, diametri 213 metrə yaxın olan 2020 XU6 asteroidi Yerə 4 milyon kilometrədək məsafəyə yaxınlaşacaq. Bu, planet üçün potensial təhlükəli məsafə sayılır.

Bu gün həmçinin 23 metr diametrli 2020 BV9 və 40 metrlik 2021 CC5 asteroidləri Yerə yaxınlaşacaq.

Ötən gün isə 2021 DD1 (10 metr) və 2021 DK1 (61 metr) asteroidləri planetin yaxınlığından keçmişdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5110 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-03-2021