Mobil versiya
Rusiya sülhməramlıları Qırmızı Bazarı minalardan təmizlədi
Tarix: 18-02-2021 | Saat: 10:45
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusiya sülhməramlıları Qırmızı Bazarı minalardan təmizlədi

Rusiya sülhməramlı kontingentinin minaların təmizlənməsi bölüyü Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsini partlayıcı maddələrdən təmizləyib.

Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Rusiya istehkamçıları aralarında 122 mm-lik yüksək partlayıcı top mərmiləri və kumulyativ tank sursatı da daxil olmaqla 400-ə yaxın partlayıcı maddəni zərərsizləşdirib.

Aşkar edilmiş partlayıcılar xüsusi təchiz olunmuş Ballıca poliqonunda məhv edilib. Evakuasiya edilə bilməyən sursatlar təhlükəsizlik tədbirləri görülməklə yerində zərərsizləşdirilib.

Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri 1419 hektar ərazi, 443 km yol, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla 1361 tikili partlamamış hərbi sursatlardan təmizlənib, 24 453 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.(azvision.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024